Azərbaycan və Türkiyə bütün sahələrdə güclü əməkdaşlıq edir. Biz təkcə neft və təbii qaz sahəsində deyil, həm də bərpa olunan enerji mənbələri sahəsində işləyirik. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov WindEnergy Hamburq tədbiri çərçivəsində Anadolu agentliyinə müsahibəsində deyib. O, Azərbaycan və Türkiyənin “qardaş ölkələri” arasında əməkdaşlıq sahəsi kimi enerji sektorunun əhəmiyyətini vurğulayaraq, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri, Bakı-Tbilisi-Ərzurum qazı kimi infrastruktur layihələrini xatırladıb. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verir.
Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq 1991-ci ildə SSRİ-nin dağılması ilə başlayıb. Daha sonra 1993-cü ildə prezident olan mərhum Heydər Əliyev Türkiyəyə müxtəlif imtiyazlar verdi və münasibətlər ən yüksək səviyyəyə qalxdı və bu çərçivədə bir çox layihələr tamamlandı: “Bakı-Tbilisi-Ceyhan xam neft kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti, TANAP. Bunları işə salmaq və əlaqələri daha da inkişaf etdirmək üçün Qars-Tbilisi-Bakı dəmir yolu xətti çəkildi. Azərbaycan Energetika İdarəsinin prezidenti Pərviz Şahbazovun Naxçıvanda bərpa olunan enerjiyə sərmayələr qoyulacağı və onların Türkiyəyə satılacağı ilə bağlı açıqlamaları çox mənalı, müsbət və əhəmiyyətlidir”
Kərəm QarabuludProfessor qeyd edib ki, xüsusən də Zəngəzur dəhlizi açılanda iki ölkə arasında Qarabağ müharibəsi ilə möhkəmlənən əlaqələr daha da artacaq və möhkəmlənəcək. Bu çərçivədə Azərbaycan Türkiyənin İğdır, Qars və Ağrı kimi ən şərq vilayətlərinə enerji satmaqla əhəmiyyətli töhfələr verəcək. Türkiyə Azərbaycanla yol əlaqəsi ilə əhəmiyyətli ticari üstünlüklər qazanacaq.
Kərəm Qarabuludun sözlərinə görə, enerji sahəsində əldə olunan səviyyə hər bir sahədə əməkdaşlığın və gələcək həmrəyliyin göstəricisidir.
İradə Cəlil, Bizimyol.info






