Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Diş müalicəsi zamanı ölüm təhlükəsi yaşayan 11 yaşlı Xədicə hələ də komadadır
Diş müalicəsi zamanı ölüm təhlükəsi yaşayan 11 yaşlı Xədicə hələ də komadadır

Bakıda 11 yaşlı uşaq fevraldan komadadır. Valideynləri Xədicə Babazadənin həkim səhlənkarlığına görə bu vəziyyətə düşdüyünü bildirirlər. Yeniyetmənin anası Şahnaz Mehdiyeva sentyabrın 25-də ictiamiyyətə və mediaya çağırış edib. O, hamını ağır faciəyə susmamağa çağırıb. Ana Bakı Sağlamlıq Mərkəzində övladının başına gələnlərinin düzgün araşdırılmasını, günahkarların cəzalandırılmasını istəyir.

Bizimyol.info xəbər verir ki, Xədicəni fevralın 21-də valideynləri diş müalicəsi üçün tibbi mərkəzə aparıb. Stomatoloq Bəhruz Rüstəmov uşağın iynə qorxusu olduğu üçün sedasiya üsulundan, yəni müvəqqəti yuxuya vermə yolundan istifadə edib. 20 dəqiqə sonra həkim uşağın rənginin göyərməsi barədə anestezioloq Fərəh Amanovaya məlumat verib. Anestezioloq uşağın kliniki ölüm keçirdiyini anlayıb və klinikanın reanimatoloqu Rauf Paşayevi köməyə çağırıb. Reanimatoloq elektroşokla uşağın ürək fəaliyyətini bərpa edə bilib.

Xədicənin valideynləri uşağın stomatoloji kabinetdə çox yubadıldığını, uzun müddət oksigensiz qaldığına görə bu vəziyyətə düşdüyünü deyir. Yəni baş verənlər yeniyetmənin yaxınlarından bir müddət gizlədilib, lazımi, həm də vaxtında müdaxilə imkanları əldən verilib.

Bakı Sağlamlıq Mərkəzində baş verənlərdən sonra Xədicə Babazadə təməl yaşam funksiyalarını 100 faiz itirib. Ona hipoksik-işemik ensefalopatiya diaqnozu qoyulub.

Şahnaz Mehdiyeva bildirir ki, Nəsimi Rayon Prokurorluğu cinayət işini məhkəməyə göndərməkdə aciz qalıb. Çünki Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi hadisə haqqında həkimlərin lehinə saxta rəy verib.

Şahnaz Mehdiyeva geridə qalan müddət ərzində xeyli mütəxəssislə söhbət etdiklərini, məhz oksigensizliyin belə duruma səbəb olmasını eşitdiklərini dilə gətirir. Valideynlər hətta dəfələrlə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin eksperti Ceyhun Allahverdiyevin və şöbə rəisi Cavid İsmayılovun qəbulunda olublar, amma tutarlı arqumentlər eşitməyiblər.

Şahnaz Mehdiyeva övladı üçün ədalət axtarır. O, ölkə rəhbərliyinə, bütün yüksək instansiyalara müraciət edir. Xədicə Babazadənin valideynləri günahkarların cəzalanacağına ümidini itirmir.

Deməyə söz tapmaq da olmur. Görün ölkə səhiyyəsi nə vəziyyətdədir. Bir yeniyetmənin həyatı puç olub. Səhiyyə Nazirliyi isə tibbi heyətin cəzalanmaması üçün əlindən gələni edir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »