Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ertuğruloğlu: “Prezident Ərdoğan Kiprdə iki suveren, bərabərhüquqlu dövlət yaradılmasını bir daha vurğuladı”
Ertuğruloğlu: “Prezident Ərdoğan Kiprdə iki suveren, bərabərhüquqlu dövlət yaradılmasını bir daha vurğuladı”

Xarici işlər naziri Tahsin Ərtoğruloğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında etdiyi çıxışında Kipr məsələsində irəli sürülən təklifləri güclü şəkildə dəstəkləyərək Kipr Türk xalqını sevindirdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə nazir Ərtoğruloğlu məlumat verib.

“Birləşmiş Millətlər Təşkilatının 77-ci və 78-ci Baş Assambleyasının nitqlərində olduğu kimi Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 79-cu Baş Assambleyadakı çıxışında da beynəlxalq ictimaiyyəti dövlətimizin müstəqilliyini tanımağa, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə diplomatik, siyasi və iqtisadi əlaqələr qurmağa dəvət etməsi milli Kipr davamızdakı layihələrimizə güclü dəstək oldu və Kipr Türk xalqını sevindirdi.

Prezident Ərdoğan çıxışında bir daha beynəlxalq ictimaiyyət qarşısında iki suveren, bərabərhüquqlu dövlətə əsaslanan Kipr layihəsinin qətiyyətlə irəlilədiyini vurğuladı. Cənab Prezident Ərdoğana ŞKTC-nin beynəlxalq aləmdə öz layiqli yerini tutması üçün Milli Kipr davamıza verdiyi güclü dəstəyə görə dərin təşəkkürümü bildirirəm”, - deyə ŞKTC-nin xarici işlər naziri bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »