Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ŞKTC-nin prezidenti Ersin Tatar Nyu-York şəhərində Türkiyə İnvestisiya Konfransına qatılıb
ŞKTC-nin prezidenti Ersin Tatar Nyu-York şəhərində Türkiyə İnvestisiya Konfransına qatılıb

Prezident Ersin Tatar Türkiyə-ABŞ İş Şurasının (TAİK) ev sahibliyi etdiyi Türkiyə İnvestisiya Konfransına qatılıb.

Bizimyol.info xəbər verir ki, Prezident Administrasiyasından verilən məlumata görə, prezident Tatar Nyu-York Xalq Kitabxanasında Türkiyə-ABŞ İş Şurasının (TAİK) təşkil etdiyi 15-ci Türkiyə İnvestisiya Konfransında iştirak edib.

TAİK sədri Murat Özyeğin və digər rəsmilər tərəfindən qarşılanan prezident Tatar ABŞ Ticarət Palatası, ABŞ-Türkiyə İş Dəyirmi Masa Toplantısı, TAİK araşdırmaları, Türkiyə və ABŞ iş adamları arasında ticarətlə bağlı məlumatlar alıb.

Prezident Tatar davamlı gələcək üçün müxtəlif sahələrdə əməkdaşlıq edərək daha güclü əlaqələr qurmağın vacibliyinə toxunub. BMT-nin 79-cu Baş Assambleyasının iclasları üçün Nyu Yorkda olduğunu bildirən prezident Tatar konfransa dəvət etdikləri üçün TAİK rəsmilərinə təşəkkür edib. Türkiyə Respublikasının müvafiq nazirləri və Türkiyə-ABŞ iş dünyasının nümayəndələrini bir araya gətirən tədbirin təşkilindən məmnunluğunu ifadə edən Prezident Tatar, TAİK-in müxtəlif sektorlarda strateji tərəfdaşlıqların qurulması və ticari-iqtisadi əlaqələrin asanlaşdırılması üçün mühüm platforma olduğunu bildirib.

Türkiyə-ABŞ iş dünyasının müxtəlif üzvləri ilə görüşən Tatar onları ŞKTC-yə sərmayə qoymağa dəvət edib və ölkənin turizm, tikinti və ali təhsil sektorlarında böyük potensiala malik olduğunu izah edib. Prezident Türkiyə Respublikasının ABŞ-dakı səfiri Sedat Önal və mətbuat nümayəndələri ilə də görüşüb. Prezident Tatarı səfərdə xarici işlər naziri Tahsin Ertuğruloğlu, ŞKTC Nyu-York nümayəndəsi Mehmet Dana və xarici mətbuat katibi Kerem Haser müşayiət edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »