Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan ənənəvi enerji vasitələrindən istifadəni azaldır, alternativ enerji mənbələrinə şərait yaradır"
"Azərbaycan ənənəvi enerji vasitələrindən istifadəni azaldır, alternativ enerji mənbələrinə şərait yaradır"

"Gündəliyimizdən danışarkən biz, həmçinin, qeyd etməliyik ki, alternativ enerji mənbələrinə keçid prioritetlərimizdən biridir. Azərbaycan bərpa olunan enerji mənbələri potensialı yüksək olan ölkələrdəndir. Bu sektora xarici sərmayələr cəlb etmişik. Günəş və külək elektrik stansiyaları inşa edirik. Azərbaycan aşağı karbonlu texnologiyalar, tullantılardan enerji istehsalı, yaşıl hidrogen və bioyanacaq, o cümlədən metan emissiyalarının azaldılması kimi sahələrdə əməkdaşlıq imkanlarını fəal şəkildə araşdırır. Bərpa olunan enerji istehsal etmək üçün investorlarla birlikdə işləyirik". Bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Alternativ enerji mənbələri iqlim dəyişiklikləri ilə mübarizədə böyük əhəmiyyətə malikdir.

Ekoloq Rövşən Abbasov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, alternativ enerji mənbələri deyəndə, başlıca olaraq onların istehsalı zamanı yandırılmayan, yəni neft, qaz və daş kömür kimi ənənəvi yanacaqdan istifadə olunmayan enerji mənbələri nəzərdə tutulur və buna görə də ətraf mühitə karbon qazı atılmır.

Rövşən Abbasov Rövşən Abbasov

“Bura əsasən külək günəş və termal enerjini aid edirik. Bütün bunlar hamısı alternativ enerji mənbələridir. Bu alternativ enerji mənbələri alınarkən, ətraf mühitə karbon atılmadığı üçün onların iqlim dəyişmələri ilə mübarizədə rolu çox böyükdür. Məhz ona görə də, Azərbaycanda son illər günəş enerjisinə əsaslanan elektrik enerjisi istehsalı gücləndirilmişdir. Günəş elektrik stansiyalarında günəş panelləri qurulur və günəş panelləri günəşdən birbaşa enerjini qəbul edərək onu elektrik enerjisinə çevirir. Bu da indiyə qədər istehsal olunan ənənəvi enerjini əvəz edir”-deyən ekoloq qeyd edib ki ki, bunu külək enerjisinə də aid etmək olar.

Rövşən Abbasovun sözlərinə görə, Azərbaycan da külək elektrik stansiyaları da getdikcə artır. Bu da, iqlim dəyişmələri ilə mübarizədə çox böyük töhvə deməkdir. Çünki atmosferdə karbon qazı emissiyalarının azaldılması baxımından çox böyük paya malikdir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »