Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın Kaliforniya ştatında tələbələr üçün smartfon qadağası
ABŞ-ın Kaliforniya ştatında tələbələr üçün smartfon qadağası

ABŞ-ın Kaliforniya ştatında məktəblərdə şagirdlərin smartfonlardan istifadəsinə məhdudiyyət qoyulması barədə qərar qəbul edilib.

Bizimyol.info xəbər verir ki, verilən açıqlamaya görə, yeni qanun şagirdlərin məktəbdə olarkən ekranlara deyil, akademik işlərinə, sosial inkişafına və dünyaya diqqətini yönəltməyə kömək edəcək.

Qubernator Gavin Neusom tərəfindən imzalanan yeni qanuna əsasən, ştatdakı məktəblər şagirdlərin smartfon istifadəsini məhdudlaşdıran qaydaları tətbiq etməli olacaqlar. Qanun məktəb şuralarından 2026-cı il iyulun 1-dək tələbələrin kampuslarda və ya məktəblərdə smartfon istifadəsini qadağan edən qaydalar yaratmağı və ya bunu müəyyən vəziyyətlərlə məhdudlaşdırmağı tələb edir. Qanun həm də sinifdə diqqəti yayındıran amilləri və sosial medianın uşaqların psixi sağlamlığına təsirini minimuma endirməyi hədəfləyir.

Neusom, mövzu ilə bağlı açıqlamasında: “Yeni qanun şagirdlərə məktəbdə olarkən ekranlara deyil, akademik işlərinə, sosial inkişaflarına və dünyaya diqqət yetirməyə kömək edəcək”, - deyə bildirib.

Florida, Luiziana və İndiana da daxil olmaqla bir çox ştatlar daha əvvəl şagirdlərin məktəbdə telefon istifadəsini məhdudlaşdıran qanunlar qəbul ediblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »