Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada iki nəfəri öldürən ayı 30-a yaxın iti parçalayıb
Rusiyada iki nəfəri öldürən ayı 30-a yaxın iti parçalayıb

Rusiya Federasiyası Primorsk vilayətinin Luçeqorsk şəhərində ayı it sığınacağına hücum edərək 30-a yaxın iti parçalayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatına Pojarski dairə bələdiyyəsinin rəhbəri Vladimir Kozak bildirib.

“Bu səhər Luçeqorskda it sığınacağına ayı hücumu olduğu barədə məlumat aldıq. Bundan sonra it sığınacağının yaxınlığında polis postları quruldu”, - deyə bələdiyyə rəhbəri bildirib.

Bir gün əvvəl Rusiya Federasiyası İstintaq Komitəsinin Primorsk Ərazisi üzrə İstintaq İdarəsi Luçeqorsk yaxınlığındakı Primoryenin Pozharski rayonunun həyət evləri olan ərazidə iki kişinin ayı hücumu nəticəsində ölməsi ilə bağlı şikayəti yoxlamağa başlayıb. Yırtıcını vurmaq üçün icazə verilib.

Mövcud vəziyyətlə əlaqədar olaraq, Pozharsky bələdiyyə dairəsinin səlahiyyətliləri məktəblərə uşaqların valideynləri olmadan evə göndərilməsini qadağan edib. Silahlı polis əməkdaşları ayının kəndə girməsinin qarşısını almaq üçün avtomobillərə reydlər keçirir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »