6 yaşında ikən qaçırılan Luis Armando Albino 73 il sonra bacısı oğlunun internetdə edilən DNT testi sayəsində əsl ailəsinə qovuşub.
Bizimyol.info xəbər verir ki, 1951-ci ildə ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərindəki parkda qardaşı Rocerlə oynayan Luis Armando Albino ona konfet verəcəyini vəd edən qadın tərəfindən qaçırılıb.
Ailəsinin bütün səylərinə baxmayaraq tapıla bilməyən Albino 2020-ci ildə qardaşı oğlunun internetdə "əylənmək üçün" etdiyi DNT testi sayəsində onlara qovuşub.
Luisin qardaşı qızı, 63 yaşlı Alida Alequin, DNT testinin nəticələri gələndə heç vaxt görmədiyi biri ilə 22 faiz uyğunluq olduğunu fərq edib. Bu şəxsin əmisi Albino olduğunu öyrənən Alekin onun yerini tapmağa çalışsa da, buna nail ola bilməyib. Bu ilin əvvəlində Alekin uşaqları ilə birlikdə Oklend kitabxanasına gedib və 1951-ci ilə aid bütün arxivləri axtarıb. Daha sonra onlar əllərində olan sənədlərlə polisə gedib və onları itkin düşmüş şəxslərlə bağlı araşdırma açmağa razı salıblar.
Polis və Federal Təhlükəsizlik Bürosunun (FTB) birgə araşdırması ilə 79 yaşlı Albinonun yaşadığı yer müəyyən edilib. İyun ayında FTB-nin köməyi ilə ailə üzvləri ilə birlikdə Oklendə gedən Albino qardaşı oğlu Alekin, qardaşı Rocer və digər qohumları ilə qovuşa bilib. Alekin bildirib ki, əmisi onu ilk dəfə görəndə “Məni tapdığınız üçün təşəkkür edirəm” deyib və qucaqlayıb.
FTB Albinonun oğurlanması ilə bağlı istintaqı davam etdirəcəyini açıqlayıb.
Qadir, Bizimyol.info






