Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkiyan ilə görüşüb.
APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, görüş ABŞ-nin Nyu-York şəhərindəki “Türkevi”ndə baş tutub.
Sabah isə Türkiyə liderinin Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasında çıxış edəcəyi gözlənilir.
Görüşdə Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, İsrailin Fələstinə və Livana hücumları, regional və qlobal hadisələr müzakirə edilib.






