Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il Afrikada 30 min şübhəli "M-poks" (memun çiçəyi) virusu hadisəsinin görüldüyünü, bunların əksəriyyətinin testlərin tükəndiyi Konqo Demokratik Respublikasında olduğunu açıqlayıb.
Bizimyol.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, qitədə 800-dən çox insan "M-poks" virusu şübhəsi nəticəsində dünyasını dəyişib.
Bu ilin yanvar ayından 15 sentyabra qədər Afrikada 29 min 342 şübhəli "M-poks" virusu hadisəsi və 812 ölüm halının müşahidə edildiyini bildirən ÜST, avqust ayında dünya üzrə cəmi 2 min 82 meymun çiçəyi virusu hadisəsi təsdiqlənsə də, bu rəqəmin artmayacağını açıqlayıb. Bunun 2022-ci ilin noyabrından bu yana ən yüksək səviyyə olduğunu bildirib.
Digər tərəfdən hesabatda Burundinin də epidemiyadan təsirləndiyi və əvvəlki illərlə müqayisə edilən rəqəmlərə yer verilmədiyi bildirilir.
Afrika Birliyi Xalq Sağlamlığı Agentliyinin açıqlamasında, 2023-cü ildə epidemiyanın təsirləndiyi 7 ölkədə 14 min 957 hadisənin və 739 ölüm halının qeydə alındığı və bu məlumatların 2022-ci ilə nisbətən yeni halların 78,5 faiz artdığını göstərdiyi bildirilib.
Şənbə günü verdiyi açıqlamada Dünya Bankı epidemiya ilə mübarizə üçün 10 Afrika ölkəsinə 128 min 89 dollar maliyyə yardımı etdiyini açıqlayıb.
Qadir, Bizimyol.info






