Türkiyədə reytinq rekordları qıran və dünyanın müxtəlif ölkələrində yüz milyonlarla izləyicisi olan fenomen serial “Kuruluş Osman”ın altıncı sezonunun heyəti bəlli olub.
Aktyorlara iddialı adlar qoşulsa da, aktyorların hansı obrazlara həyat verəcəyi maraq doğururdu.
Çəkilişləri bu yaxınlarda başlayan və tezliklə - çərşənbə axşamları ATV ekranlarında yeni süjeti və aktyor heyəti ilə tamaşaçıların görüşünə gələcək “Kuruluş Osman” serialının altıncı sezonunun heyətinə iddialı aktyorlar qoşulub.
Ali Sürmeli, Özgür Çevik, Buçe Buse Kahraman, Feyza Işık, Ekin Mert Daymaz, Ali Önsöz, Erdem Şanlı, Taner Ertürkler, Yıldırım Güçlük, Ekin Pasvanoğlu, Sonat Dursun və Alkan Kızılırmak “Kuruluş Osman”ın yeni mövsümündə tamaşaçıların görüşünə gələcək adlardır. “Kuruluş Osman” serialının prodüseri, ssenari müəllifi və layihə dizayneri Mehmet Bozdağ serialın yeni sezonunun çəkilişlərinə başlanılması ilə bağlı verdiyi açıqlamada, serialın hekayəsinin daha da böyüdüyünü, tamaşaçılara yeni hekayələr, personajlar və qurulmuş dünya ilə altıncı mövsüm və bütün konvensiyaları alt-üst edəcəklər müjdəsini verib.
İstehsal, layihə dizaynı və ssenarisi Mehmet Bozdağa məxsusdur; Rejissoru Ahmet Yılmaz olan, baş rolda Burak Özçivitin Osman bəy rolunu canlandırdığı “Kuruluş Osman” yeni mövsümdə ATV ekranlarında çərşənbə günləri iz qoymağa davam edəcək.






