Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan İsrailin terrorla məşğul olduğuna inanır
Ərdoğan İsrailin terrorla məşğul olduğuna inanır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, İsrail terror təşkilatı kimi fəaliyyət göstərir və onun hədəfi təkcə Qəzza zolağı deyil, bütün regiondur.

Bizimyol.info xəbər verir ki, Ərdoğan BMT Baş Assambleyasında iştirak edəcəyi ABŞ-a yola düşməzdən əvvəl jurnalistlərə açıqlama verib.

“Mən ilk gündən demişəm ki, İsrailin hədəfi təkcə Qəzza zolağı deyil. Livana son hücumlar İsrail rəhbərliyinin müharibəni bütün regiona yaymağı planlaşdırması ilə bağlı narahatlığımızı əsaslandırdı. İsrailin baş naziri Benyamin Netanyahu və dəstəsi öz radikal sionist ideologiyasını həyata keçirmək üçün hər cür təxribatları həyata keçirirlər. Bölgənin daha böyük fəlakətə sürüklənməsinin qarşısını almaq üçün İsrailə təzyiq daha da artırılmalıdır”, - deyə prezidentin açıqlamaları Türkiyə telekanalları tərəfindən yayımlanıb.

O, ilk gün BMT Baş Assambleyasında çıxış edəcəyini və iştirakçılara “Qəzza zolağında soyqırım və İsrailin təcavüzkar siyasətinə qarşı tədbir görülməsinin zəruriliyini” xatırladacağını bildirib. “Təəssüf ki, bir daha İsrailin dövlət kimi deyil, terror təşkilatı kimi hücumlar həyata keçirdiyini görürük. Bu dövlət terrorudur. Livandakı son rəqəmsal hücumlar və rabitə partlayışları bunun çox bariz sübutudur. İsrail bu hücumu ilə açıq şəkildə nümayiş etdirdi ki, dinc əhaliyə əhəmiyyət verməz və mənfur məqsədlərinə çatmaq üçün istənilən yola əl atacaq”, - deyə Ərdoğan qeyd edib.

Türkiyə prezidenti BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşlərin proqramına gəlincə, deyib ki,

“Hazırda ABŞ prezidenti Co Baydenlə görüşün olub-olmayacağı dəqiq deyil”, lakin Baş Assambleya çərçivəsində onların birlikdə iştirak edəcəkləri tədbirlər var.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »