Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan-Türkiyə Media Platforması çərçivəsində media nümayəndələri ilə görüş keçirilib
Azərbaycan-Türkiyə Media Platforması çərçivəsində media nümayəndələri ilə görüş keçirilib
Azərbaycan-Türkiyə Media Platforması çərçivəsində media nümayəndələri ilə əlaqələrin gücləndirilməsi məqsədilə Türkiyənin Azərbaycandakı Səfirliyinin və Türkiyə Diyanət Vəqfinin təşəbbüsü ilə bir qrup media nümayəndəsi Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavirliyində səhər yeməyinə dəvət olunub.

Qeyri-rəsmi çərçivədə keçirilən görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat müşaviri Alptekin Cihangir İşbilir media nümayəndələrini salamlayıb və görüşün vacibliyini xüsusi qeyd edib.

Görüşdə iştirak edən qonaqlara söz verilib. Ölkəmizdə hazırda davam edən, eyni zamanda keçirilməsinə hazırlıq görülən çalışmalar və müxtəlif layihələr haqda məlumat bölüşülüb. İctimai-siyasi əlaqələrin inkişafına hədəflənmiş layihələrin yerli media tərəfindən informasita dəstəyilə uğurlu nəticə ala biləcəyi bildirilib.

Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık media nümayəndələrinin çalışdığı peşənin dəyəri haqda öz fikirlərini bölüşüb. Müşavir qeyd edib ki, bu sahə göstərilən fəaliyyətdə çox ciddi məsuliyyət və ağır sınaqlara, çətin maneələrə qarşı səbr tələb edir. Dezinformasiyanın gətirdiyi təhlükələri və zərərli nəticələrini dini çərçivədə şərh edən İhsan Açık, mövzu ilə bağlı həssas və diqqətli olunmasını tövsiyyə edib.

Sonda Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavirliyi tərəfindən görüşdə iştirak edən media nümayəndələrinə İslam dininin müqəddəs kitabı "Quran-i Kərim"in azərbaycan dilinə tərcümə nüsxəsi hədiyyə olunub.

Orxan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »