İngiltərə Mühafizəkarlar Partiyasının 14 illik hakimiyyətinə son qoyaraq baş nazir olan Keir Starmer 100 min funt-sterlinqdən çox hədiyyə aldığı üçün tənqid hədəfinə çevrilib.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat verib.
Starmerin 4000 funt sterlinqlik Taylor Sviftin konsert bileti, 698 funt sterlinqlik Coldplay konsert bileti və xüsusilə futbol matçlarını seyr edtmək üçün təxminən 40 tədbirə bilet hədiyyələrini qəbul etdiyi iddia edilir. Starmer və həyat yoldaşı Viktoriya Starmer İşçi Partiyasının əsas donorlarından olan Lord Vahid Allidən aldıqları minlərlə funt-sterlinq dəyərində hədiyyələrlə gündəmin mövzusuna çevriliblər.
Qadir, Bizimyol.info






