Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türk dövlətlərinin vahid əlifbasının yaradılması istiqamətində aparılan işlər xüsusi önəm daşıyır"
"Türk dövlətlərinin vahid əlifbasının yaradılması istiqamətində aparılan işlər xüsusi önəm daşıyır"

Bir neçə gün əvvəl Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə Türk Akademiyasının Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurası yanında Türk Dilçilik Cəmiyyəti ilə birgə təşkil etdiyi Türk Dünyasının Ortaq Əlifba Komissiyasının üçüncü iclası keçirilib. İclasda türk dünyası ortaq əlifbasının 14 hərfi təsdiq olunub. Türk dövlətlərinin vahid əlifbasının 34 hərfdən ibarət olması razılaşdırılıb. Bu əlifba Türk dünyası üçün hansı əhəmiyyəti daşıyır?

Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məsələnin çox böyük önəmi var.

Ceyhun Məmmədov Ceyhun Məmmədov

“Dünyamızda çox ciddi proseslər gedir. Və dünyada gedən proseslərdə bizim türk dövlətlərinin biliyinin sürətlənməsi inteqrasiyasının xüsüsi öyrədilməsi tələb edir. Bu görüş çox önəmlidir. Qeyd olunduğu kimi artıq müəyyən razılıqlar var və bu razılıqların olması da önəmli bir məsələdir. Bu gün müəyyən mərhələ keçilib və müəyyən işlər görülüb. Belə görüşlərin və razılığın əldə olunması çox önəmlidir”-deyən deputat hesab edir ki, əlifbanın 34 hərfdən olmasının razılaşdırılması olduqca önəmli və vacib bir qərardır.

Ceyhun Məmmədov qeyd edib ki, inteqrasiya olduqca ciddi bir məsələdir. Çünki buna nail olmadan heç nə əldə etmək mümkün deyil.

Ceyhun Məmmədovun fikrincə, qarşıdakı dövr çox mürəkkəb və gərgin görünür. Bu səbəbdən də, bu proses sürətli bir formada aparılmalıdır.

“Burada hər bir ölkənin dilinin xüsusiyyətləri, həmin dildə istifadə edilən sözlər də nəzərə alınmalıdır. Təəssüf ki, həm bizim dilimizdə, həm Türkiyədə istifadə edilən dildə, orta Asiyada dildə rusca, Fransızca, ingiliscə sözlər çoxdur. Azərbaycan dili və Azərbaycan dilində istifadə edilən sözlər bu mənada diqqəti çəkir və xüsusi önəm daşıyır. Bu səbəbdən də, Azərbaycan dilini biz əsas bir dil kimi götürə bilərik. Çünki Azərbaycan dili hazırkı dil əski türk dilinə, Osmanlı dilinə də çox yaxındır. Bu anlamda bu məsələ də xüsusi önəm daşıya bilən bir məsələdir və biz bu addımları alqışlamalıyıq”- deyən deputatın fikrincə, bütün məsələləri nəzərə almaq üçün bütün hallarda belə görüşlər, müzakirələr çox vacibdir və gələcək hədəflərimizə və məqsədlərimizə çatmaq baxımından da xüsusi önəm daşıyır.

Deputat qeyd edib ki, bu istiqamətdə ciddi addımlar atılmalıdır və ciddi işlər görülməlidir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »