Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qapını bağlı sağlamaq üçün istifadə edilən daşın dəyəri 1 milyon dollardan çox imiş
Qapını bağlı sağlamaq üçün istifadə edilən daşın dəyəri 1 milyon dollardan çox imiş

Rumıniyanın cənub-şərqindəki çay yatağından toplanan və onilliklər ərzində qapının açılmaması üçün istifadə edilən daşın milyonlarla illik kəhrəba olduğu ortaya çıxdı.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, yaşlı bir qadın tərəfindən tapılan bu 3,5 kiloqramlıq daş dünyanın ən böyük kəhrəba parçalarından biri hesab olunur və təxminən 1,1 milyon dollar dəyərində qimətləndirilib.

Kəhrəba, milyonlarla il əvvəl ağaclardan axan qatranın fosilləşməsi nəticəsində əmələ gələn, isti tonları ilə tanınan qiymətli bir daşdır. Rumıniyada kəhrəba Buzau çayının sahilində, Kolti kəndi ətrafında qumdaşlarında tapılıb. “Rumanit” kimi tanınan bu kəhrəba tünd qırmızımtıl tonları ilə məşhurdur və çox qiymətlidir.

Bu xüsusi rumanit parçasını tapan qadın da Koltidə yaşayırdı. Hətta evə daxil olan oğrular da bu qiymətli cəvahiratın qapını saxlamaq üçün adi daş olduğunu düşünərək gözdən qaçırıblar.

Qadının 1991-ci ildə ölümündən sonra evi miras qoyduğu qohumu qapının altına qoyulan bu daşın başqa bir şey ola biləcəyindən şübhələnib. Daşın dəyərini öyrənən varis kəhrəbanı Rumıniya dövlətinə satıb və daş Krakovdakı Tarix Muzeyində ekspertlər tərəfindən müayinə olunub. Mütəxəssislər bu kəhrəba parçasının yaşının 38 ilə 70 milyon il arasında olduğunu bildiriblər.

Buzau əyalət muzeyinin direktoru Daniel Kostaç "El Pais"ə verdiyi açıqlamada bu kəşfin həm elmi, həm də muzey üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Rumanit parçası 2022-ci ildən bəri yerləşdiyi Buzau Əyalət Muzeyində nümayiş etdirilir.

Daha əvvəl ABŞ-ın Miçiqan ştatında bir kişinin qapı altına qoyduğu daşın əslində 100 min dollar dəyərində meteorit olduğu ortaya çıxmışdı.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »