Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Akardan AB-yə "Kiprdə iki dövlətli həlli qəbul edin" çağırışı
Akardan AB-yə "Kiprdə iki dövlətli həlli qəbul edin" çağırışı

Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasının sədri Hulusi Akar Avropa İttifaqından (Aİ) Kiprdə iki dövlətli həlli qəbul etməsini istəyib.

Bizimyol.info xəbər verir ki, Akar, ötən axşam Avropa Birliyinə sədrlik edən Macarıstanın paytaxtı Budapeştdə keçirilən Ortaq Xarici və Təhlükəsizlik Siyasəti (CFSP) və Ortaq Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) Parlamentlərarası Konfransına qatılıb.

Hulusi Akar çıxışında Türkiyənin regional sabitlik və təhlükəsizliyin təminatçısı olduğu üçün Türkiyə ilə Aİ arasında müdafiə və təhlükəsizlik siyasəti sahəsində dialoq və hər iki tərəfin marağında olan əməkdaşlığın daha da dərinləşdirilməsi zərurətinə diqqət yetirilməsinin qaçılmaz olduğunu bildirib.

Akar: “Avropa İttifaqı müdafiə xərclərini artırmağa və mövcud potensialdan istifadə edərək Türkiyə də daxil olmaqla bütün müttəfiqləri ilə əməkdaşlığa hazır olmalıdır. Kipr məsələsi ilə bağlı Türkiyəyə qarşı irəli sürülən iddialar və Rusiyaya qarşı sanksiyaların Türkiyənin Aİ-yə üzvlük prosesinə təsiri tamamilə əsassızdır”, - deyə qeyd edib.

Kipr Rum tərəfinin 2004-cü ildə adada davamlı olaraq həll yolunun qarşısını aldığını xatırladan Akar: "Xatırlatmaq istərdim ki, o, 2017-ci ildə Krans-Montanada süfrəni tərk etməklə bir daha eyni şeyi etmişdi. Adada iki xalqın olduğunu qəbul etməliyik. Bu adada iki dövlət olmalı və müvafiq həll yalnız suverenlik, bərabərlik və bərabər beynəlxalq status prinsiplərinə əsaslanmalıdır”, - deyib.

Son xəbərlər
Bütün xəbərlər »