Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Tatar İngiltərədə bəzi Kipr Türk vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb
Prezident Tatar İngiltərədə bəzi Kipr Türk vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb

Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezident Ersin Tatar İngiltərədəki Kipr Türk Ticarət Palatası və bəzi Kipr Türk vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, Prezidentin mətbuat xidmətinin verdiyi açıqlamaya görə, Tatar Londondakı təmasları çərçivəsində bir gün əvvəl Kipr Türk Ticarət Palatasının (CTCC UK) rəsmiləri və bəzi vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

London təmsilçisi səfir Çimen Keskin, İngiltərədəki Kipr Türk Ticarət Palatasının sədri Muhammet Yaşarata və bəzi vətəndaş cəmiyyəti nümayəndələri ŞKTC London nümayəndəliyində keçirilən görüşdə iştirak ediblər.

Prezident Tatar İngiltərədə yaşayan təxminən 350 min Kıbrıs türkünün həyatın müxtəlif sahələrində müvəffəqiyyət qazandığını ifadə edərək, bu əhali ilə ŞKTC arasındakı güclü əlaqələrin davam etdirilməsinin və ölkəyə investisiyaların təşviq edilməsinin vacibliyini dilə gətirib.

Prezident Tatar Kipr türklərinin İngiltərənin sosial-iqtisadi quruluşuna töhfə verdiklərini və müxtəlif peşələrdə uğur qazandıqlarını, eyni zamanda mədəni irslərini və ŞKTC ilə əlaqələrini qoruyub saxladıqlarını söyləyib.

Kipr probleminə toxunan Tatar belə davam etdi: “Kipr türk xalqı Kipr adasında davamlı sülh və sabitlik istəyir. Federal əsaslı həll üçün danışıqlar yarım əsrdən çoxdur ki, aparılır. Lakin Yunanıstan tərəfi ən azı 15 həll planını rədd edib. İndi beynəlxalq ictimaiyyət və qarant ölkələrdən biri olan İngiltərə Kiprə daha balanslı yanaşmalıdır.

Türkiyənin tam dəstəyini alan layihəmiz suveren bərabərliyimizə və bərabər beynəlxalq statusumuza əsaslanan bir həlldir. Federal əsaslı danışıqlar tükənib. Davamlı və real həll yalnız iki dövlətin əməkdaşlıq münasibətlərində mövcudluğuna əsaslana bilər”,- deyə o qeyd edib.

Kipr türk tərəfinin iki dövlət layihəsindən geri addım atmayacağını vurğulayan prezident Tatar deyib: “ŞKTC Şərqi Aralıq dənizində geostrateji əhəmiyyətə malikdir və Türkiyə Respublikasının təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır”.

Tatar, Kipr türklərinə tətbiq edilən qeyri-insani təcridin insanların həyatına mənfi təsir etdiyini vurğulayıb: “Beynəlxalq ictimaiyyət Kipr türk xalqının üzləşdiyi haqsızlıqları nəzərdən keçirməlidir. Biz “3D” üçün konstruktiv mövqe tuturuq, bu da birbaşa uçuşların, birbaşa ticarətin və birbaşa təmasların başlanğıcı deməkdir”, - deyə bildirib.

Son xəbərlər
Bütün xəbərlər »