Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni texnologiya sağlamlığınıza barmaqlarınızın ucundan nəzarət edəcək
Yeni texnologiya sağlamlığınıza barmaqlarınızın ucundan nəzarət edəcək

Elm adamları, tərlə aktivləşdirilən yeni barmaq sarğı ilə sağlamlığın monitorinqini asanlaşdıracaq texnologiya hazırlayıblar.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, bu elektron sarğı sadəcə sarğı kimi barmağa taxıla bilər və tər analizindən əldə edilən məlumatlarla qan şəkərini, vitaminləri, dərmanları və digər maddələrin səviyyəsini ölçə bilər.

Tədqiqatçılar cihazın analiz zamanı istifadə etdiyi enerjini eyni tərdən əldə etdiyini bildiriblər.

Kaliforniya Universitetinin San Dieqo Mühəndislik Məktəbindən Şixao Ding: “Bu cihaz hətta istifadəçi istirahət edərkən və ya yatarkən belə enerji toplaya və onun biomarker səviyyələrinə nəzarət edə bilər. Sağlamlığın monitorinqi indi barmaqlarınızın ucundadır”,- deyə qeyd edib.

Cihaz tərdəki kimyəvi maddələri elektrik enerjisinə çevirən bioyanacaq hüceyrələrini ehtiva edir və elastik polimer üzərində yerləşdirilmiş sensorlar vasitəsilə qlükoza, "C" vitamini və Parkinson xəstəliyinə qarşı dərman levodopa kimi biomarkerləri izləyə bilir.

Toplanmış məlumatlar "Bluetooth" vasitəsilə smartfona və ya kompüterə ötürülür. Bildirilir ki, bu yeni texnologiya şəkərli diabet xəstələri kimi daimi sağlamlıq nəzarətinə ehtiyacı olan insanlar üçün də istifadə edilə bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »