Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"2024-cü il Türkiyənin vasitəçiliyi ilə Rusiya-Ukrayna müharibəsinin sonuncu ili ola bilər"
"2024-cü il Türkiyənin vasitəçiliyi ilə Rusiya-Ukrayna müharibəsinin sonuncu ili ola bilər"

Reuters xəbər verir ki, ABŞ tezliklə F-16 üçün uzaqmənzilli raketləri Ukrayna Silahlı Qüvvələrinə təhvil verəcək. Lavrov belə xəbərləri şərh etməkdən artıq bezdiyini deyib və qırmızı xətlərlə zarafat etməməklə bağlı xəbərdarlıq edib. “ABŞ-da “qarşılıqlı çəkindirmə hissi” yoxa çıxmağa başlayır və Ukraynaya dəstək məsələsində Amerika hakimiyyəti öz qarşısına qoyduğu “həddi keçib”-deyən Lavrov vurğulayıb ki, ABŞ Rusiyanın qırmızı xətləri ilə zarafatlaşır.“Bizim qırmızı xəttimizlə zarafat etməklazım deyil. Onlar bu xəttin harada olduğunu yaxşı bilir”-deyə Lavrov qeyd edib.

Ukrayna ilə münaqişənin ilk ilində Rusiya Xarici İşlər Nazirliyi uzaqmənzilli silahların tədarükünü Moskva üçün qırmızı xətt adlandırmışdı. “Rusiyaya münasibətdə qırmızı xətlərin olmadığını deyən dövlətlərə gəlincə, onlar başa düşməlidirlər ki, Rusiyada bu dövlətlərə münasibətdə də qırmızı xətlər olmayacaq”, - prezident Vladimir Putin bildirib.

Ehtiyyatda olan polkovnik Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “Rusiya Xarici İşlər naziri Lavrovun Rusiyanın “qırmızı xətti” ilə bağlı xəbərdarlığının mahiyyəti ondan ibarətdir ki, Ukraynanı orta mənzilli silahlarla silahlandıran Avropa ölkələri və ABŞ, bu silahlardan istifadə məhdudiyyəti aradan götürülərsə, həmin ölkələrin bütün dünyada hərbi bazaları və digər maraqları müəyyən bir hədəfə alınacaq. Yəni alınması istisna olunmur”.

Şair Ramaldanov Şair Ramaldanov

“Rusiya açıq aydın söylədi ki, Rusiyanın vasitəsilə yox, bu addımları ata biləcək qurumlara, qüvvələrə, ölkələrə öz hərbi məhsulun və yaxud raketlərin və yaxud digər silahların ayrılması ilə öz təsirini göstərəcək. Bu xəbərdarlıq çox ciddi xəbərdarlıqdır. Prinsip cəhətdən bunun elementlərini biz qırmızı dənizdə görürük. “Husilər”in orada olan koalisiyanın gəmilərinə qarşı olan hücumları məhz Rusiyada istehsal olunan raketlər, pilotsuz uçan avadanlıqlar vasitəsilə də aparılmasını ara-sıra müşahidə edirik. İstifadə edilə biləcək belə ölkələr, belə qüvvələr ABŞ-ın ətrafında var. Kuba, Nikaraqua, Venesuella kimi ölkələri müəyyən bir şəkildə Rusiyanın hərbi cəhətdən yardımı və bazaları yaratması istisna edilmir. Bu xəbərdarlığı Rusiya verib.

Bayden administrasiyası seçkilərə qədər öz siyasətini davam etdirəcək. Ukraynaya yardım davam edəcək. 64 milyardlıq vəsaitin ayrılması və bu vəsaitin hal-hazırda texnika və digər hərbi silah sursat şəklində Ukraynaya növbəti yardım mərhələsinin həyata keçirilməsini biz bilirik”-deyən Şair Ramaldanov hesab edir ki, bütün bunlar Rusiyanı əsas hədəfindən çəkindirə bilməyəcək. Çünki bu yardımları lazım olan qədər verilmir.

Bu yardımlar hərbi planlara və gələcək döyüşlərə uyğun ayrılmır. Yardımlar ayrıla biləcək, özünə məxsus bir qrafik şəkilində ayrılır. Bu da əlbəttə ki, orada gedən əməliyyatların planlanması və əməliyyatlarda dönüş yaratması üçün elə bir təsirə malik deyil”-deyən ekspertin fikrincə, ABŞ-da gedən seçkilər fonunda bu proseslər səngiyə bilər. Bu gün Türkiyənin də vasitəçiliyi ilə Ukrayna-Rusiya münaqişəsinin masa arxasına gətirilməsi ilə bağlı addımlar əsassız deyil. Şair Ramaldanov düşünür ki, belə olduğu halda 2024-cü il Rusiya-Ukrayna münaqişənin sonuncu ili ola bilər.

“Belə olarsa, Uzaq Şərqdə proseslər aktivləşməsə artıq dünya bəlkədə bir az rahat nəfəs ala biləcək. Bütün dünya artıq münaqişələrdən yorulub. Bütün dünya anlayır ki, üçüncü dünya müharibəsinin qapısındayıq və bütün dünyada anlayır ki, üçüncü dünya müharibə çərçivəsində nüvə silahı təhlükəsi var. Ola bilsin ki, gələn ildən dünya daha rahat şəkildə bu münaqişələrdən az da olsa qurtula biləcək. Biz çox təhlükəli bir nöqtəyə gəlib çatmışıq və bəşəriyyətin olub-olmaması məsələsi artıq gündəmdə öz yerini tutub”-deyə Şair Ramaldanov bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »