Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2500 illik qızıl boyunbağı ABŞ-dan Türkiyəyə qaytarılıb
2500 illik qızıl boyunbağı ABŞ-dan Türkiyəyə qaytarılıb

Türkiyədən qaçaqmalçılıq yolu ilə aparılan və uzun illər ABŞ-ın Boston şəhərindəki bir muzeydə sərgilənən Lidiya dövrünə aid təxminən 2500 illik qızıl boyunbağı Türkiyənin Bostondakı Baş Konsulluğunda təşkil edilən rəsmi mərasimlə Türkiyə rəsmilərinə təhvil verilib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Türkiyənin Bostondakı Baş Konsulluğunda keçirilən mərasimdə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, 1982-ci ildə Manisanın Bintəpələr bölgəsindən qaçaqmalçılıq yolu ilə ABŞ-a aparılan qızıl boyunbağının sərgiləndiyi Boston Gözəl Sənətlər Muzeyinin əməkdaşlarından təhvil alıb.

Böyük əhəmiyyət kəsb edən tarixi əsərin təhvil-təslim mərasimində Türkiyənin Boston baş konsulu Murat Uğurluoğlu, Nyu-York Mədəniyyət və Tanıtma Attaşesi Hilal Dəmirəl və Boston Gözəl Sənətlər Muzeyinin rəsmiləri iştirak ediblər.

Nyu York Mədəniyyət və Tanıtım Attaşesi Hilal Dəmirəl verdiyi açıqlamada boyunbağının təxminən 20 santimetr uzunluğunda qızıl və karneli daşlarından hazırlanmış nar formalı muncuqlardan ibarət olduğu barədə məlumat paylaşıb.

Dəmirəl: “Əsər eramızdan əvvəl 6-5-ci əsrlərə aiddir və Lidiya sənətinin xarakterik xüsusiyyətlərini daşıyır. Bu günə qədər yaxşı qorunub saxlanılan bu əsər Manisa Muzey Müdirliyinin inventarında qeydə alınmış Bintəpələr bölgəsi ərazisindəki digər əsərlərə bənzəyir”, - deyə qeyd edib.

Dəmirəl qızıl boyunbağının bölgə üçün tarixi və mədəni əhəmiyyətinə toxunub: “Bu artefaktın geri qaytarılması həm arxeoloji tədqiqatların inkişafı, həm də mədəni irsimizin qorunması baxımından mühüm addım hesab olunur”, - deyib.

Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, incəliklə apardığı uzun araşdırmalar nəticəsində 1982-ci ildə Boston Gözəl Sənətlər Muzeyinin kolleksiyasına daxil olan qızıl boyunbağının Manisada Bintepeler kimi tanınan nekropol ərazisinə aid olduğunu müəyyən edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »