14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq batan “Titanik” gəmisinin qalıqlarına ekspedisiya zamanı uzun müddətdir itdiyi düşünülən daha bir qiymətli artefakt üzə çıxarılıb.
Bizimyol.info xəbər verir ki, bir vaxtlar gəminin birinci sinif salonunu bəzəyən 60 santimetr hündürlüyündə “Diana of Versal” fiquru araşdırma zamanı tapılıb. Tarixi əsər dağıntılar altından çıxarılaraq sərgilənmək üçün hazırlanır.
Digər tərəfdən, 110 ildən artıqdır su altında qalan gəminin bəzi hissələrində dağlmağa başladığı açıqlanıb. Robot sualtı qayıqların bu yay çəkdiyi görüntülərdə gəminin "burnu"nun 4,5 metrlik hissəsinin dəniz dibinə çökdüyü müəyyən edilib. Kəşfiyyat qrupu bütün gəminin çökməsinin an məsələsi olduğunu vurğulayıb.
Bizimyol.info






