Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada intihar edən gənc qız küçədən keçən qadının üzərinə düşüb
Yaponiyada intihar edən gənc qız küçədən keçən qadının üzərinə düşüb

Yaponiyada ticarət mərkəzinin terrasından özünü ataraq intihar edən orta məktəb şagirdi küçədən keçən piyadanın üzərinə düşüb. Hadisə nəticəsində gənc və piyada həyatını itirib.

Bizimyol.info xəbər verir ki, Yaponiyada insanı heyrətə gətirən intihar hadisəsi baş verib.

Polis və hadisə şahidlərinin əldə etdiyi məlumata görə, hadisə şənbə günü saat 18:00 radələrində Yokohama şəhərində baş verib. Özünü ticarət mərkəzinin 12-ci mərtəbəsindəki terrasdan atan 17 yaşlı orta məktəb şagirdi həmin vaxt yolda gedən 32 yaşlı qadının üzərinə düşüb.

Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə çoxlu sayda polis və sağlamlıq qrupları sövq edilib, ağır yaralanan 2 nəfər isə xəstəxanaya aparılıb.

Bildirilib ki, intihar edən gənc və piyada xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib. Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »