Türkiyə Şərq və Qərblə eyni vaxtda əlaqələri inkişaf etdirmək niyyətindədir, yalnız bu halda güclü və hörmətli olacaqdır.
Bizimyol.info xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Ankara nə Avropa İttifaqının (Aİ), nə də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) xeyrinə seçim etmir.
“Türkiyə Şərq və Qərblə eyni vaxtda əlaqələri inkişaf etdirsə, güclü və hörmətli ölkə ola bilər. İstənilən başqa yol Türkiyəyə zərər verəcək. Bəzilərinin iddia etdiyi kimi biz Aİ və ŞƏT arasında seçim etmirik. Seçim etmək məcburiyyətində deyilik”, - deyə o, İstanbulda respublikanın hərbi dəniz məktəbinin məzunları üçün keçirilən buraxılış mərasimində deyib.
Ərdoğan NATO-nun iyul sammitinin sonunda Türkiyənin ŞƏT-ə tamhüquqlu üzv olmaq niyyətində olduğunu açıqlayıb. İndi o, təşkilatda müşahidəçi statusuna malikdir.
Ankara 2005-ci ildən rəsmi olaraq Aİ-yə tamhüquqlu üzv kimi daxil olmağa çalışır. Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Avropa İttifaqına üzvlük Ankara üçün strateji məqsəddir, lakin onun Aİ-yə inteqrasiyası məsələsinin Kiprdəki nizamlanma problemi ilə əlaqələndirilməsinin əleyhinədir. Türkiyə hakimiyyəti əvvəllər bəyan etmişdi ki, Kiprdə nizamlanma yalnız adada iki dövlətin mövcudluğu faktını tanımaqla mümkündür.
Qadir, Bizimyol.info






