Almaniya əfqan mühacirlərin 3 ildən sonra ilk dəfə deportasiya edildiyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, Almanya təhlükəsizlik mənbələrinin məlumatına görə, deportasiya Qətərin vasitəçiliyi ilə iki ay davam edən gizli danışıqlar nəticəsində həyata keçirilib.
Bildirilib ki, deportasiya edilən mühacirlər Almaniyada qalmaq hüququ olmayan və barəsində deportasiya qərarı çıxarılan cinayətkarlar olub.
Almaniya 2021-ci ilin avqustunda Talibanın nəzarəti ələ keçirdiyi vaxtdan bəri ilk dəfə Əfqanıstan vətəndaşlarını ölkələrinə geri göndərir. Hökumət sözçüsü Steffen Hebestreit açıqlamasında bildirib ki, göndərilən Əfqanıstan vətəndaşları Almaniyada qalmaq hüququ olmayan və onlara qarşı deportasiya qərarı olan məhkum edilmiş cinayətkarlar olub. Hebestreit bildirib ki, Talibanla diplomatik əlaqələri olmayan Almaniya deportasiya prosedurlarını həyata keçirmək üçün mühüm regional tərəfdaşlarından dəstək istəyib.
Alman mətbuatında təhlükəsizlik mənbələrinə əsaslanan xəbərə görə, Əfqanıstanın paytaxtı Kabilə getmək üçün yerli vaxtla saat 07:00-da 28 əfqanlı Qətər Hava Yollarına məxsus təyyarə Leypsiq hava limanından havaya qalxıb.
2021-ci ildə Taliban administrasiyası hakimiyyətə gəldikdən sonra Almaniya Əfqanıstana deportasiyanı tamamilə dayandırıb və Kabildəki səfirliyini bağlayıb. Almaniyada mühacirlərin törətdiyi səs-küylü cinayətlərin artmasının ardından qeyri-qanuni immiqrasiyaya qarşı sərt tədbirlər görmək üçün hökumətə təzyiqlər artıb.
Qadir, Bizimyol.info






