Birinci Qarabağ müharibəsində işğal altında qalan və özünəməxsus unikal forma daşıyan Xudavəng monastrı erməni vandalizminə məruz qalıb. Monastrın bir çox bazilika və memarlıq quruluşuna müdaxilə edilib, dağıdılıb,istifadəyə yarasız hala gətirlib, erməniləşdirilib. Amma Azərbaycan 30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarını işğaldan azad edəndə,ermənilərin orada tikdikləri abidələrə toxunmadı…
“Ağ Partiya” sədr müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ermənilərin Azərbaycana qarşı vandallığı bir faktdır və biz bunu fakt kimi dünyaya çatdırmalıyıq.
Əhəd Məmmədli“Qarabağda hələ sovetlər birliyi dönəmindən, rus çarizmi dövründən ermənilər 1800-cü illərdə ora köçürülməyə başlayandan Alban irsini erməniləşdirməyə başlandı. Bir əsrdən çox bu proses davam etdi. Bunun ən önəmli nümunəsi də Xudavəng monastırıdır. Amma ermənilərin hələ sovetin vaxtında bizim pulla tikilən bir heykəli var: qoca ilə qarısı. Bu heykəli böyük bir erməni irsinin Qarabağda olması kimi təqdim edirlər. Təəssüf olsun ki, hələ də onu saxlayırıq”-deyən politoloq qeyd edib ki, o heykəli müharibədə raketlə vurub dağıtmaq lazım idi.
Əhəd Məmmədlinin sözlərinə görə, indi o heykəl guya erməni irsinin Qarabağda göstəricisi olacaq, biz də məcbur olub onu saxlayacağıq.
“Bəs onlar nə edir? Onlar dəyişdirirlər, vandallıq aktları edirlər. Yəni bu, onların əlindən yaxşı gəlir. Biz gərək onu UNESCO-da və İSESCO-da təqdim edəydik ki, Qarabağda hər şey əksinə olub. Bunlar indi deyirlər ki, erməni irsini azərbaycanlılar yox edir. Amma biz onu deməliyik ki, əsrlərdir orada Alban irsini, xristian Albaniyasını ermənilər məhv ediblər.
Biz onu da vurğulayaq ki, burada din ayrı-seçkiliyi də etmirik. Amma Albanlar da xristian olublar. Bu tarix də erməniləşdirilib. Biz bunu təqdim etməli, bunun təbliğatını qurmalıyıq”-deyə o bildirib.
İradə Cəlil, Bizimyol.info






