30 Avqust Zəfər Günü Türkiyənin 1922-ci ildə işğalçı qüvvələrə qarşı başladığı Böyük Hücumun qələbəsini təmsil edir. Bu qələbə ilə işğal qüvvələri Türkiyə ərazisini tərk etməyə başladı. Böyük Atatürkün hərbi və siyasi dühasının nəticəsi olan bu zəfər onun yığcam sözləri ilə desək, bu qələbə ilə “işğalçı qüvvələr gələn kimi Türkiyə torpaqlarından geri göndərildi”. Bu səbəbdən 30 avqust Türkiyə və ŞKTC-də hər il möhtəşəm mərasimlərlə qeyd olunur.
Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud danışıb. Professor qeyd edib ki, Türk Dünyası üçün bu zəfərin son halqası Qarabağ zəfəridir. Azərbaycan Qarabağ qələbəsi ilə erməniləri gəldikləri kimi geri qaytardı.
Kərəm QarabuludProfessor bildirib ki, bu qələbələr milli zəfərdir və onların qeyd olunması hər il davam etdirilməlidir.
“Əslində, Türk Dünyasında hər bir zəfər bütün dövlətlər tərəfindən qeyd edilməli və bu birliyin əhəmiyyəti və gücü bütün dünyaya göstərilməlidir. Beləliklə, ayrı-ayrılıqda çox da güclü görünməyən bütün Türk Dünyası ölkələri birlikdə dünyanın ən güclü birliklərindən birini təşkil edəcəklər. Bu münasibətlə 30 Avqust Zəfər Bayramını təbrik edir, bütün ölkələrə gələcək əsrlərin qələbələrlə dolu olmasını arzulayıram”-deyə Kərəm Qarabulud bildirib.
İradə Cəlil, Bizimyol.info






