Türk ədəbiyyatının məşhur adlarından olan Ümit Yaşar Oğuzcan sevgi mövzulu şeirləri ilə gündəmə gəlib. Onun idarəolunmaz cümlələri və həzin əhval-ruhiyyəsi onu ədəbiyyat dünyasının ən məşhur adlarından birinə çevirib.
Bizimyol.info "milliyet"ə istinadən xəbər verir ki, Ümit Yaşar Oğuzcan Türkiyə ədəbiyyatında həsrət şairi kimi tanınır.
Şair bu şeiri sevgi şeiri kimi yazsa da, cəmiyyət bu şeirlə 1974-cü il Kipr Sülh Əməliyyatı ilə tanış olub. Əməliyyatdan əvvəl yunan radiosu Kiprli mücahidləri qıcıqlandırmaq və ruhdan salmaq üçün tez-tez "Gözlədim amma gəlmədin, heç sevmədin..." mahnısını səsləndirirdi.
Kiprli rumlar Türkiyənin müdaxiləsini gözləyən kipr türklərini ruhdan salmağa çalışarkən, Bayrak Radiosundan Kipr türkləri buna qarşı: "Bu qədər ürəkdən çağırma məni, bir gecə qəfilətən gələ bilərəm", şeirinin bəstələnmiş variantı ilə cavab veriblər.
"Bir gecə ansızın gelebilirim"
Bu kadar yürekten çağırma beni
Bir gece ansızın gelebilirim
Beni bekliyorsan, uyumamışsan
Sevinçten kapında ölebilirim
Belki de hayata yeni başlarım
İçimde küllenen kor alevlenir
Bakarsın hiç gitmem kölen olurum
Belki de seversin beni kim bilir
Kal dersen, dağlarca severim seni
Bir deniz olurum ayaklarında
Aşk bu özleyiş bu, hiç belli olmaz
Kalbim duruverir dudaklarında.
Ya da unuturum kim olduğumu
Hatırlamam belki adımı bile
Belki de çıldırır, deli olurum
Sana kavuşmanın heycanıyle
Aşk bu, bilinir mi nereye varır
Ne durdurur özlemini, seveni
Bakarsın ansızın gelebilirim
Bu kadar yürekten çağırma beni.
Qadir, Bizimyol.info






