Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə-Ermənistan sərhəd qapılarının açarı Azərbaycanla Ermənistan arasındakı problemlərin həllidir"
"Türkiyə-Ermənistan sərhəd qapılarının açarı Azərbaycanla Ermənistan arasındakı problemlərin həllidir"

Son zamanlar Türkiyə ilə Ermənistan arasında sərhəd qapılarının müzakirələri gündəmə gətirilir. Niyə Türkiyə Ermənistan sərhəd qapısı deyil də, Türkiyə-Ermənistan sərhəd qapıları?

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bunun “Türkiyə-Ermənistan sərhəd qapısı” deyil, “Türkiyə-Ermənistan sərhəd qapıları” kimi ifadə edilməsinin səbəbi Türkiyə ilə Ermənistan arasında birinin İğdır vilayətinin sərhədləri daxilində yerləşən “Alican Sərhəd Qapısı”, digərinin Qars əyaləti sərhədləri daxilində “Akyaka Sərhəd Qapısı" digər adı ilə, "Şərq Qapısı" olmasıdır. Professorun sözlərinə görə, bu qapılar 1993-cü ildən bağlıdır. Çünki Türkiyə-Ermənistan münasibətlərində Azərbaycanla bağlı problemlər var. Sərhəd qapısına hər cür mənfi baxışın əsas səbəbi də məhz bu problemlərdir.

Kərəm Qarabulud qeyd edib ki, bu problemlər həll olunarsa, tarixdə uzun illər Türkiyə və Azərbaycanla birgə yaşayan, Türkiyənin sərhəd qonşusu olan bu ölkənin ilk növbədə böyük maraqları olacaq.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kərəm Qarabulud

“Dənizlə heç bir əlaqəsi olmayan Ermənistanın həm iqtisadi, həm də siyasi sabitliyi üçün Türkiyə və Azərbaycanla yaxşı münasibətlərə malik olması vacibdir. Ermənistanın Türkiyə və Azərbaycanla yaxşı münasibətlər qura bilməməsinin və sərhəd qapılarının bağlı olmasının üç əsas səbəbi var:

1- Heç bir hüququ olmadığı halda Türkiyə və Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi,

2- Özlərinin uydurduğu əsassız soyqırım iddialarının gündəmə gətirilməsinə davam edilməsi

3- Azərbaycanın tarixi əraziləri İkinci Qarabağ müharibəsindəki qələbəsinə qədər işğal altında olub. Ölkənin təxminən 20 %-ni işğal edib. Qarabağ zəfərindən sonra (xüsusilə də, Zəngəzur dəhlizi ilə bağlı) hələ də tam və yekun sülh müqaviləsi imzalanmayıb.

Ermənilərin bu üç yanlış siyasəti onların Türkiyə və Azərbaycanla normal diplomatik əlaqələr qurmasına mane oldu və buna görə də sərhəd qapıları bağlı saxlanılır”-deyə professor bildirib.

Kərəm Qarabuludun sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərindəki problemlərin mənbəyi bu gün Ermənistanda yaşayan ermənilər deyil.

“Əsl mənbə tarixi proses boyu ABŞ və digər inkişaf etmiş ölkələrdə məskunlaşan və 2000-ci il 2015-ci il tarixlərində, 2000-ci il və 2018-ci il tarixdə Ermənistanda yaşayan erməni diasporudur. SSRİ-nin dağılmasından sonra Rusiyanın yanaşması və bu gün ABŞ, Fransa kimi qərb dövlətlərinin təsiri nəticəsində Türkiyə, Azərbaycan və Ermənistan arasında problemlərin həlli prosesi daha uzun çəkir. Beləliklə, sərhəd qapıları bağlı qalır. Sərhəd qapılarının bağlanmasına səbəb olan məsələlərdən biri Qarabağ qələbəsi ilə aradan qaldırıldı. Son zamanlar Ermənistanın silahlanma səyləri və torpaq tələblərini aşağı səviyyədə ifadə etməsi regionda sülh və sabitlik mühitinə xələl gətirir. Türkiyənin Qarabağ zəfərinə qədər sərhəd qapılarını açması məntiqli görünməsə də, zəfərdən sonra qeyd olunan hadisələrdən asılı olaraq yaxın gələcəkdə qapıların açılmasının mümkün olduğunu göstərir. Çünki Qarabağ zəfərindən əvvəl qapılar açılsaydı; həm Azərbaycan-Türkiyə münasibətləri korlanardı, həm də Ermənistanla olan sərhəd qapılarını açmaqla Türkiyənin qazancı itirəcəyindən qat-qat az olacaqdı. Bütün elmi hesablamalara görə, onun ümumi qazancı 60-70 milyon dollar civarında olardı. Halbuki Türkiyənin Türk Dünyası və əlaqəli dövlətlər qarşısında itirəcəyi maddi və mənəvi itkilər milyardlarla dollardan çox olacaq. Problemlər həll olunmamış qapıların açılması Ermənistanı öz yanlış siyasətlərində israr etməyə sövq edər və Qarabağ Qələbəsinin nəticəsini əldə etmək çətin olar.

Türkiyənin indiyə qədər həyata keçirdiyi siyasətlərə boyun əydiyi və bundan sonra qapılarını bağlaya bilməyəcəyi təəssüratı yaradacaq. Bu vəziyyət həm də Ermənistanın indiyədək irəli sürdüyü iddiaların doğru olduğu qənaətini yarada bilər”-deyən Kərəm Qarabulud bildirib ki, nəticədə Ermənistanın sərhəd qapılarının açılması və bu ölkə ilə iqtisadi əlaqələrin inkişafı Ermənistan üçün Türkiyə və Azərbaycandan daha vacibdir. Çünki Türkiyə və Azərbaycan Ermənistanın dünyaya açılması üçün bir yoldur. Tarixdə əsrlər boyu türklərlə bir yerdə yaşamaları, dünyanın mühüm iqtisadi-coğrafi gücü olan Türkiyə ilə yaxşı əlaqələr qurmaları Ermənistan və ermənilər üçün rahatlıq olacaq. Bunun ən bariz göstəricisi Türkiyədə 100 minə yaxın işsiz erməninin işləməsidir. Digər tərəfdən, Türkiyə ilə bağlı Ermənistanın Avropaya açılması daha asan olacaq.

Professor hesab edir ki, qeyd olunanların hamısının reallaşması üçün Zəngəzur dəhlizinin tezliklə açılması lazımdır. Əks halda, sərhəd qapılarının açılması prosesi daha uzun çəkəcək.

İradə Cəlil,Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »