Avropa Birliyi Türkiyə ilə əlaqələri canlandırmaq üçün addımlar atıb. Xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) dəvəti ilə xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Ankaranın münasibətləri canlandırmaq çağırışına Avropadan cavab verildi. Türkiyə 5 ildən sonra Avropa Birliyi xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına dəvət olunub. Görüşdə aktual beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılacaq.
Diplomatik mənbələrdən verilən məlumata görə, dəvət Avropa İttifaqının Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasının zəruriliyini anladığını göstərir. Türkiyəni Brüsseldə xarici işlər naziri Hakan Fidan təmsil edəcək. Fidan avropalı həmkarlarına regional və qlobal təhlükələrə qarşı Türkiyə-AB əməkdaşlığının əhəmiyyətini izah edəcək. O, həmsöhbətlərinə iradənin nümayiş olunacağı və münasibətlərin möhkəmlənməsi üçün konkret addımların atılacağı gözləntilərini çatdıracaq.
Qeyri-rəsmi görüşdə Türkiyənin prioritetləri də gündəmdə olacaq. Nazir Fidan; Türkiyənin Gömrük İttifaqının günün tələblərinə uyğun modernləşdirilməsində prioritetlərini xatırladacaq.
Həmçinin Fidan; Aİ ilə Türkiyə arasında ticari, mədəni, akademik və humanitar əlaqələrin davam etdirilməsi baxımından viza məsələlərinin həllinin vacibliyini vurğulayacaq. O, Türkiyənin Kiprlə bağlı dəqiq mövqeyini bir daha Aİ tərəfinə izah edəcək.
Xarici işlər naziri Hakan Fidan da ikitərəfli görüşlər keçirəcək. Bu çərçivədə Fidanın Yunanıstanın xarici işlər naziri Yorgos İerapetritis ilə görüşü gözlənilir.
Bizimyol.info






