Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şimali Kipr Türk Cümhuriyyətinin tanınması məsələsinə beynəlxalq hüquq çərçivəsində balanslı yanaşılır"
"Şimali Kipr Türk Cümhuriyyətinin tanınması məsələsinə beynəlxalq hüquq çərçivəsində balanslı yanaşılır"

Rəsmi adı ilə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) kimi tanınan Şimali Kipr, Aralıq dənizindəki Kipr adasının şimal hissəsində yerləşən faktiki dövlətdir. Ancaq bu günə qədər onun mövcudluğu Türkiyə və Türk Dövlətləri Təşkilatından başqa heç bir ölkə tərəfindən tanınmamışdır. 1974-cü ildə Türkiyə tərəfindən həyata keçirilən Kipr Əməliyyatından sonra Birləşmiş Millətlər Təşkilatı və Avropa Birliyi kimi təşkilatlar və beynəlxalq ictimaiyyət tərəfindən Türkiyənin "işğalı altında" olan Kipr Respublikasının ərazisi olaraq təyin edilmişdir.

Siyasi şərhçi Nazim Cəfərsoy Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətinin Türkiyə istisna olmaqla başqa ölkələr tərəfindən tanınmamasının tarixi motivləri var.

Nazim Cəfərsoy Nazim Cəfərsoy

"Bu çərçivədə istər “Kiprdə sülh” əməliyyatı olsun, istər sonra Şimali Kipr Türk Cümhuriyyətinin 1983-cü ildə yaradılması olsun - bütün bu məsələlər həm birləşmiş millətlər sistemi tərəfindən, həm Amerika, Qərb, həm böyük güclər tərəfindən daha çox beynəlxalq hüquqa uyğun olmayan bir proses olaraq qiymətləndirilir. Türkiyənin hərbi müdaxiləsinin beynəlxalq hüquqa uyğun olmadığı xarakterizəsi ortaya çıxarılır. Amerikalılar, ingilislər, ruslar SSRİ və Çin (məsələn Çinin Tayvan problemi var) ərazi bütövlüyü xarakterizəsindən müəyyən geosiyasi motivlərlə bu prosesi beynəlxalq qaydalara uyğun olaraq görmürlər. Hətta yunan lobbisi bunu Türkiyə işgalı kimi xarakterizə edir. Bu çərçivədə BMT daxilində də, Kipr üçün rəsmi tərəf olaraq, Kipr – rum kəsimi-  güney Kipr olaraq xarakterizə edilən Kipri təmsil edən siyasi struktur nəzərdə tutulur. Kipr respublikası şəklində xarakterizə edilir"-deyə Nazim Cəfərsoy qeyd edib.

Şərhçi bildirib ki, bu kontekstdə Türkiyə uzun müddət bu müzakirələri və adanın birləşməsi ilə bağlı müəyyən həll yollarının tapılması istiqamətində bir siyasi kurs aparıb. Ümumiyyətlə, bu proses bu şəkildə davam edir. Dövlətlər də müxtəlif motivlərlə, beynəlxalq hüquqa, BMT-nin mövcud "çərçivə"sindən kənara çıxmamağa çalışaraq Amerika və ya Avropa ilə münasibəti pozmamaq xətrinə bu çərçivədə, bəziləri də öz ölkələrindəki problemlər səbəbi ilə bu məsələyə də ərazi bütövlüyü çərçivəsində baxıb. Bu çərçivədə Şimali Kipr Türk Cümhuriyyətini sonradan ayrılan rəsmi dövlət kimi qəbul etməyiblər. Şərhçinin sözlərinə görə, Türkiyənin özü də uzun müddət burada siyasət aparmayıb, sadəcə son dövrlər istiqamətdə müəyyən fəallaşmalar var.

“Faha əvvəl tək ada - federativ format, iki cəmiyyət şəkilində, iki icma şəklində aparılırdı. Son dövrlər Türkiyə iki dövlətli bir həll yolu modeli üzərində durur. Ancaq bu da hələ beynəlxalq cəmiyyət tərəfindən qəbul edilməyib”-deyə politoloq vurğulayıb.

“Şimali Kipr Türk Cümhuriyyətini Azərbaycanın tanınmama səbəbi öncədən aydın idi. Çünki Azərbaycan Qarabağ işğalı və dırnaqarası qondarma “artsax” problemi ortaya atmışdılar. Dolayısı ilə Azərbaycan beynəlxalq münasibətlərdə ərazi bütövlüyünü müdafiə edirdi. Bu çərçivədə həm hüquqi baxımdan, prinsipiallıq baxımından, həm də beynəlxalq ərazi bütövlüyü prinsipi çərçivəsindən, həm də qlobal siyasətdə güc balansına tərs düşməmək üçün və ermənilərin əlinə bu çərçivədə bir səbəb verməmək üçün bu ölkəni Şimali Kipr Türk Cümhuriyyətini tanımadı. Sadəcə Şimali Kipr Türk Cümhuriyyətini deyil, Korsovonı da tanımadı.

Son dövrlər Qarabağ problemi ərazi bütövlüyü çərçivəsində həll olduqdan sonra bu çərçivədə müəyyən addımlar atılır. Türk dövlətləri təşkilatına və ya onun tədbirlərinə dəvət edir. Azərbaycan prezidenti Şimali Kipr Türk Cümhuriyyəti prezidenti ilə qeyri rəsmi görüş keçirir və rəsmi toplantılara dəvət edir. Şimali Kipr Türk Cümhuriyyəti Türk dövlətləri təşkilatının müşahidə şurasının üzvü olaraq çağırılır. Bununla yanaşı, Azərbaycan parlamenti ilə Şimali Kipr Türk Cümhuriyyəti parlamenti arasında müəyyən dialoqlar aparılır. Müəyyən qruplar qurulmağa çalışılır.  Eyni zamanda hazırda Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyəti nümayəndəliyi var”-deyən Nazim Cəfərsoy hesab edir ki, bütün bunlar əslində Azərbaycanın bu istiqamətdə müəyyən addımlar atdığından bəhs edir.

“Ancaq bu addımların erməni və yunan lobbisini stratejik müttəfiq halına gətirərək, dünyada Azərbaycan əleyhdarı yeni bir güc mərkəzi yaratmamasına diqqət etməyə çalışırıq. Çünki bu prosesin həm Azərbaycanın amerikalılar ilə, həm BMT sistemi ilə, həm Avropa Birliyi ilə münasibətlərində yeni problemlər yarada biləcəyi düşünülür. Bu səbəbdən də, diqqətli davranırlar”-deyə politoloq əlavə edib.

Siyasi şərhçi qeyd edib ki, ümumiyyətlə, bu prosesə baxdığımız zaman Azərbaycan tərəfi Türkiyədən sonra bu proseslərdə ən aktiv rol oynayan dövlət pozisiyasındadır.

Pakistanın Şimali Kipr Türk Cümhuriyyətinin tanımaması məsələsinə gəldikdə, Nazim Cəfərsoy bildirib ki, Pakistan da həm beynəlxalq hüquq, həm qlobal balans ilə məsələyə yanaşır. Bu çərçivədə uzun müddət Amerikanın müttəfiqi olub. Pakistanın Şimali Kipr Türk Cümhuriyyətini tanıması Amerika ilə Pakistan arasında münasibətlərin pozulmasına gətirə bilər.

“İndi Pakistanın Çin ilə əməkdaşlığı var. Çinin də Tayvan ilə problemi var. Digər tərəfdən Pakistanın özünün ərazi bütövlüyünə zəif də olsa, müəyyən proraktiv fəaliyyətlər var. Bu fəaliyyətlərin əngəllənməsi baxımından məsələyə bir az bu perspektivdə baxır. Ancaq son dövrlər dediyim kimi burda müəyyən irəliləyişlər var. Yəni önümüzdəki dönəmdə irəliləyişlərin yeni mərhələyə çıxacağının, Azərbaycanın da burda daha fəal rol oynaya biləcəyini düşünürəm”-deyə siyasi şərhçi qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »