Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Ankara-Dəməşq xəttində normallaşmanın tərəfdarıdır
İran Ankara-Dəməşq xəttində normallaşmanın tərəfdarıdır

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani dünən keçirdiyi mətbuat konfransında Türkiyə ilə Suriya arasında davam edən normallaşma prosesindən danışıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, həm Dəməşqin, həm də Ankaranın Tehranın tərəfdaşı olduğunu vurğulayan Kenani: “Bölgənin mühüm ölkələri olan Türkiyə və Suriya mövcud problemləri tez bir zamanda həll etməli və münasibətlər normal vəziyyətə gətirilməlidir. Biz də bu istiqamətdə atılan addımları dəstəkləyirik”, - deyib.

Digər tərəfdən İranın “Tesnim” xəbər agentliyinə müsahibə verən Türkiyənin Tehrandakı səfiri Hicabi Kırlangıç ​​İranın Ankara ilə Dəməşqin yaxınlaşmasında konstruktiv rol oynaya biləcəyinə inandığını bildirib. Türkiyənin narahatlığının başa düşülməsinin və Suriya ilə münasibətlərin normallaşdırılmasının zəruriliyinə işarə edən səfir Suriya ərazisində terror təhlükəsinin olmaması lazım olduğunu bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan iyulun 28-də NATO Liderlər Zirvəsi ərəfəsində verdiyi açıqlamada Suriya ilə əlaqələrin bərpa edilməməsi üçün heç bir səbəb olmadığını bildirib: “Keçmişdə etdiyimiz kimi, Suriya ilə bu münasibətləri inkişaf etdirmək üçün birlikdə hərəkət edəcəyik”, - deyə qeyd edib.

Prezident Ərdoğan daha sonra Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşər Əsədə birgə görüşün mümkün ola biləcəyini bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »