Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suriyada baş verən güclü zəlzələ Türkiyədə də hiss olunub
Suriyada baş verən güclü zəlzələ Türkiyədə də hiss olunub

Hatayın Yayladağı rayonundan təxminən 120 kilometr aralıda, Suriyanın Hama şəhərində 5,2 bal gücündə zəlzələ baş verib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agetliyi (AFAD) Suriyanın Hama bölgəsində 5,2 bal gücündə zəlzələ olduğunu açıqlayıb.

Saat 13.15-də yerin 7.16 kilometr dərinliyində baş verən zəlzələ Türkiyənin Hatay vilayətində də hiss olunub.

Zəlzələni hiss edən bəzi vətəndaşlar təşviş içində evlərini tərk edərək küçələrə çıxıblar. Hələlik zəlzələ nəticəsində insan tələfatı və külli miqdarda maddi tələfat qeydə alınmayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »