Türkiyə Cümhuriyyətinin Lefkoşadakı səfiri Yasin Ekrem Serim Türkiyənin Əsrinin həm də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Yüzyılı olduğunu bildirərək, Kipr türkləri ilə çörəyi, suyu və gələcəyi bölüşməyə davam edəcəklərini vurğulayıb.
Bizimyol.info xəbər verir ki, Türkiyə Respublikasının Lefkoşadakı 16-cı səfiri Yasin Ekrem Sərim prezident Ersin Tatara etimadnaməni təqdim etdikdən sonra andiçmə mərasimi münasibətilə mesaj dərc edib.
Səfir mesajında ŞKTC-də təhsil almış və yaşayan biri kimi yeni vəzifəsindən çox qürurlu və məmnun olduğunu, eyni zamanda üzərinə düşən məsuliyyətin də fərqində olduğunu vurğulayıb.
Serim, üzərinə düşən vəzifəni yerinə yetirərkən Türk vətəndaşlarının və Kipr türklərinin əməkdaşlığının və dəstəyinin artacağına ümid etdiyini bildirib. “Bu gün Kipr türkləri Şimali Kipr Türk Cümhuriyyətinin çətiri altında öz bayraqlarının kölgəsi altında təhlükəsiz şəkildə yaşayırlar. Türkiyə Cümhuriyyəti hər zaman Kipr probleminin həlli üçün məsələyə konstruktiv yanaşan Kıbrıs türklərinin yanında olub və hər zaman ədalətli həll üçün səy göstərib. Kipr məsələsinin hazırkı nöqtəsində ədalətli və davamlı həll ancaq Adanın mövcud reallıqları əsasında inşa edilə bilər. Kıbrıs Türk Xalqının qazanılmış hüquqları olan suveren bərabərliyi və bərabər beynəlxalq statusunu qeydə almadan həll yolundan danışmaq mümkün deyil”,- deyə bildirib.
Qadir, Bizimyol.info






