Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN Əl-Əqsa məscidində baş verən hadisə ilə bağlı bəyanat verib
Türkiyə XİN Əl-Əqsa məscidində baş verən hadisə ilə bağlı bəyanat verib

“Aralarında nazirlərlərin də olduğu yüzlərlə radikal israillinin polisin himayəsi altında Əl-Əqsaya basqın etməsi Qüdsün tarixi statusunu pozan təxribatdır və bölgəmizdə gərginliyi daha da artıracaq”.

APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

“Bu təxribatçı hərəkət İsrail tərəfinin sülhə nail olmaq niyyətində olmadığını bir daha ortaya qoydu. Beynəlxalq ictimaiyyət İsrail hökumətinin Qəzzada törətdiyi vəhşilikləri dayandırmaq və bütün regionumuzun sabitliyini hədəf alan bu cür hərəkətlərin qarşısını almaq üçün təcili tədbirlər görməlidir”, - deyə bəyanatda vurğulanıb.

Son xəbərlər
Bütün xəbərlər »