"Övlad sahibi olmaq, övlad böyütmək asan deyil. Körpə olanda "övladımın hər şeyi olsun" deyə çalışırsan, övladının körpəliyini görə bilmirsən. İllər keçir, bir gün geri baxanda"... Şəhid kapitan Həmid Həmidlinin anası Könül xanım da belə düşünür.
Ötən günlərdə Bizimyol.info xəbər portalının əməkdaşları Beyləqanın Milabad kəndində olub, şəhid kapitan Həmid Həmidlinin ailəsi ilə görüşüblər. Həmid və bacısı Ləmana çox zaman qohumları Aidə xanım göz-qulaq olub. O, Həmidi övladı kimi sevdiyini deyir...
Aidə xanım / Foto: İradə Cəlil, Bizimyol.info“Anaları müəllimə idi. Gətirib Ləmanı (Həmidin bacısı) mənim yanıma qoyurdular. Qonşu idik. Ləman balaca daş udmuşdu. Həmid elə düşünürdü ki, bacısı öləcək. Mən uşağl tutub kürəyindən vurdum, ağzından balaca daş düşdü. O vaxtdan Həmid mənə deyirdi ki, “sən mənim bacımı qurtardın”-deyə Aidə xanım Həmidin uşaqlıq illərindən söz açır. O, deyir ki, anası Həmidi 8-ci sinifdən çıxarıb hərbi məktəbə qoyur. Nənəsi də Həmidi çox sevirdi.
Aidə xanım deyir ki, gənc yaşda qərargah rəisi olmaq heç kimə nəsib olmur. Amma Həmidə nəsib oldu.
Aidə xanım Həmid haqqında xatirələrini bölüşüb. Onun Həmid haqqında dilə gətirdiklərini Bizimyol.info xəbər portalının videoreportajında izləyə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info






