İsrailin xarici işlər naziri İsrael Katz hesab edir ki, Türkiyə xalqı respublika prezidenti Rəcəb Tayyib Ərdoğanın girovluğundadır.
Bizimyol.info xəbər verir ki, bu barədə o, “X” sosial platforma hesabında Türkiyə liderinin Qərb ölkələrini İsrailə güzəştə getməkdə etməkdə ittiham edən açıqlamalarına cavab olaraq bildirib.
“Antisemit diktator Ərdoğan dünən ABŞ və Qərb ölkələrinə hücum edərək, onların “İsraildə sionistlərin girovluğunda” olduqlarını söylədi. Ərdoğan, girov götürülənlər sənin diktaturanın əsirinə düşmüş Türkiyə vətəndaşlarıdır. Ölkənizdə 57 milyon istifadəçi üçün “İnstaqram”ı blokladınız, lakin öz “Instagram” səhifənizə girişi saxladınız”, - deyə Katz qeyd edib.
“Mənə qarşı nə qədər hücumlar olsa da, Türkiyə və dünya xalqına həqiqətləri açıqlamağa davam edəcəyəm.
HƏMAS-ı dəstəkləyən, xalqını sıxışdıran və diktator kimi davranan lider diktatordur”, - deyə israilli nazir yazıb.
Avqustun 5-də Ərdoğan Qəzza zolağındakı böhranın qlobal sistemin iflasına gətirib çıxardığı və İsraili dəstəkləyən Qərb ölkələrinin onun sözlərinə görə, “İsrailin Fələstin anklavında soyqırım siyasətində ortaq olduqları” fikrini ifadə edib.
Katzın həddini aşan sözlərinə reaksiya verən AK Partiya İzmir Millət vəkili Mehmet Əli Çələbi sosial media hesabından açıqlama verib:
“Sionazi, soyqırım törədən İsrailin xarici işlər naziri öz həddini aşaraq məzlum xalqların ümidi olan prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanı təhqir edib. Bunu edərkən etiketlədiyi insanlar və qurumlar maraqlıdır. Biz onlardan bu şəxsi və törətdikləri soyqırımı dərhal qınamalarını gözləyirik”, - deyib. O əlavə olaraq:
“Bu qəflət üçün bir neçə sözümüz var: Bizi belə ürəkdən çağırmayın... Bir gecə qəfildən...”,- deyə qeyd edib.
AK Partiya Gənclər Təşkilatının sədri və İzmir Millət vəkili Eyyüp Kadir İnan: “CHP Gənclər Təşkilatına müraciət edən qatilin xarici işlər naziri, işğalçı İsrail dövlətini böyük bir ağırlıq hissi ilə görürəm. Bu ölkənin hər bir gənci İsrailin Fələstin xalqına qarşı zülmünün əleyhinədir. Türk Gəncliyi soyqırımı pisləyir və Fələstinin azadlıq mübarizəsini dəstəkləyir. İsrailin Türkiyə düşməni olan xarici işlər nazirinin CHP Gənclər Təşkilatı ilə səmimiyyətindən narahatıq”, - deyə israilli nazirə reaksiya verib.
İsrail və Türkiyə arasında münasibətlər 2023-cü ilin oktyabrında başlayan Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra kəskin şəkildə pisləşib. Tərəflər dəfələrlə sərt bəyanatlar verib, qarşılıqlı ittihamlar səsləndiriblər. 2023-cü il oktyabrın sonunda İsrail Xarici İşlər Nazirliyi “İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün” Ankaradan diplomatların geri çağırıldığını elan edib. Türkiyə də məsləhətləşmələr üçün Tel-Əvivdəki səfirini geri çağırıb.
Qadir, Bizimyol.info






