Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə səfirinin müavini İsrail Xarici İşlər Nazirliyinə çağırılıb
Türkiyə səfirinin müavini İsrail Xarici İşlər Nazirliyinə çağırılıb

Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə əlaqədar Təl-Əvivdəki respublika səfirliyinin binası üzərində Türkiyə bayrağı yarıya endirilib.

Bizimyol.info Rusiya mətbuatına istinadən xəbər verir ki, buna cavab olaraq İsrailin xarici işlər naziri İsrael Katz Türkiyənin səfir müavinini Xarici İşlər Nazirliyinə çağıraraq etiraz edib.

“Həmas terror təşkilatının lideri İsmayıl Həniyənin öldürülməsi fonunda Türkiyənin Təl-Əvivdəki səfirliyi üzərində Türkiyə bayrağının yarıya endirilməsindən sonra Türkiyənin İsraildəki səfirinin müavininin ağır xəbərdarlıq vermək üçün çağırılmasını əmr etdim”, - deyə Katz "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, “İsrail İsmail Haniyə kimi qatilin yasında iştirakının ifadələrinə dözməyəcək”. “Səfirlik nümayəndələri yas tutmaq istəyirlərsə, Türkiyəyə getsinlər və terror təşkilatı HƏMAS-ı dəstəkləyən, onun qətllərini və vəhşiliklərini bəyənən ağaları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə yas tutsunlar”, - deyə Katz əlavə edib.

İsrail və Türkiyə arasında münasibətlər 2023-cü ilin oktyabrında başlayan Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra kəskin şəkildə pisləşib. Tərəflər dəfələrlə sərt bəyanatlar verib, qarşılıqlı ittihamlar səsləndiriblər. 2023-cü il oktyabrın sonunda İsrail Xarici İşlər Nazirliyi “İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün” Ankaradan diplomatların geri çağırıldığını elan edib. Türkiyə də məsləhətləşmələr üçün Tel-Əvivdəki səfirini geri çağırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »