Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qərb tərəfindən tanınmayan Şimali Kipr Türk Cümhuriyyəti Türkiyəyə "birləşmək" yoluna açıq olmalıdır"
"Qərb tərəfindən tanınmayan Şimali Kipr Türk Cümhuriyyəti Türkiyəyə "birləşmək" yoluna açıq olmalıdır"

Bir neçə il öncə təlif edilirdi ki, Şimali Kipr Türk Cümhuriyyəti “Monako” modeli ilə Türkiyəyə bağlansın. Bu mövzuda araşdırmalar aparılmış və məlum olmuşdu ki, “Monako” modeli ən uyğun variantdır. Belə ki, “Monako” modeli Şərqi Aralıq dənizində Şimali Kipr Türk Cümhuriyyəti üçün ən uyğun modeldir. Əslində bu, Şimali Kipr Türk Cümhuriyyətinin Türkiyə üzərindən dünyaya açıla bilməsi üçün bir yol ola bilər.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 1974-cü ildə Türkiyə yunanların törətdiyi soyqırıma müdaxilə etdikdən sonra şimali Kipr ayrı bir ölkə oldu. Qərb ölkələri Türkiyənin Aralıq dənizindəki nüfuzunu məhv etmək üçün Şimali Kipr Türk Cümhuriyyətini tanımır.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kərəm Qarabulud

Professorun fikrincə, Şimali Kipr Türk Cümhuriyyəti Türkiyəyə qoşulmaq üçün referendum keçirməklə öz taleyində dəyişikliyə nail ola bilər.

“ABŞ və Avropa ölkələri bu vəziyyətə qarşı əllərindən gələni edirlər. Belə bir vəziyyət Rum Kiprinin Türkiyə kimi heç vaxt istəmədikləri böyük bir ölkə ilə birbaşa həmsərhəd olması demək olar. Lakin Şimali Kipr Türk Cümhuriyyətini müstəqil ölkə kimi tanımayan Qərb zamanla hər cür inkişafa, o cümlədən bu ölkənin Türkiyə ilə birləşməsinə açıq olmalıdır”-deyən Kərəm Qarabulud vurğulayıb ki, əslində Kipr tarixin dərinliklərini araşdırsaq qədim Türk torpağı olduğu aydın görünəcək. Şimali Kipr Türk Cümhuriyyəti adı da türklüyünü sübut edir. Bu səbəbdən Şimali Kipri Türkiyədən ayrı düşünmək düzgün olmaz. Professor qeyd edib ki, qısa müddətdə belə birləşmə kimi bir formata keçiləcəyini gözləmək lazım deyil. Bununla belə, zaman keçdikcə inkişaf istiqaməti bu cür birləşmələrə səbəb ola bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »