Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fahrettin Altun: "Kimdir günahkar? Bu günü keçmişdən ayrı hesab etmək olmaz"
Fahrettin Altun: "Kimdir günahkar? Bu günü keçmişdən ayrı hesab etmək olmaz"

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinnin rəhbəri Fahrettin Altun, Kipr məsələsinin keçmişinə işıq salmaq məqsədi ilə nəşr olunan "Kimdir günahkar? Bu gün keçmişdən ayrı düşünülə bilməz" kitabının faydalı olmasını arzulayıb.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Prezidentin İctimaiyyətlə Əlaqələr İdarəsinin direktoru Fahrettin Altun sosial media hesabından verdiyi açıqlamada bu sözləri deyib: “1960-cı illərdən bu günə qədər Kipr adasında yaşanan etnik və siyasi gərginliyi sənədlərlə işıqlandıran və şahidlərin ifadələrinə müraciət etməyi təklif edən “Kimdir günahkar? Bu gün keçmişdən ayrı düşünülə bilməz” adlı kitabda keçmişin günümüzün problemlərini anlamaq üçün İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən Türk və İngilis dillərində nəşr olunub.

Bütün dünyada Kipr türklərinin gerçək hekayəsinin daha yaxşı anlaşılmasına töhfə verəcəyinə inandığımız bu dəyərli kitabın faydalı olacağına ümid edirəm”.

Son xəbərlər
Bütün xəbərlər »