Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şolz alman işğalından zərər çəkən polyaklara yardım vəd edib
Şolz alman işğalından zərər çəkən polyaklara yardım vəd edib

Almaniya İkinci Dünya Müharibəsi zamanı alman işğalından əziyyət çəkən Polşa vətəndaşlarına dəstək verəcək.

Bizimyol.info xəbər verir ki, bunu hökumətlərarası məsləhətləşmələrin aparıldığı Varşavaya səfəri zamanı Almaniya kansleri Olaf Şolz "NTV" kanalı tərəfindən yayımlanan verilişdə deyib.

“Biz almanlar İkinci Dünya Müharibəsi illərində Polşa vətəndaşlarına və qonşu ölkələrin vətəndaşlarına ölçüyəgəlməz iztirablar çəkdirdik. Almaniya öz günahının ciddiliyini, alman işğalının milyonlarla qurbanı üçün məsuliyyətini dərk edir. Buna görə də Almaniya 1939-1945-ci illərdəki Üçüncü Reyxin hücumu və işğalının canlı qurbanlarını dəstəkləmək üçün bacaqdığı qədər səy göstərəcək", - deyə o, bu məsələ ilə bağlı təfərrüatlar vermədən bildirib.

"Sueddeutsche Zeitung" qəzetinin daha əvvəl qeyd etdiyi kimi, Şolz Varşavaya maliyyə yardımı paketi təklif edə bilər. Onun dəqiq məbləği açıqlanmır, lakin nəşrin məlumatına görə, bu, 100 milyon avrodan çoxdur. Bu paketə alman işğalından zərər çəkmiş polyaklar üçün ödənişlərdən əlavə, təhlükəsizliyin gücləndirilməsi üçün Polşa layihələri, həmçinin Berlində faşistlərin Polşada törətdiyi cinayətlərə həsr olunmuş memorialın tikintisi üçün vəsait daxil olacaq.

Fevralda Polşanın baş naziri Donald Tusk demişdi ki, İkinci Dünya Müharibəsi zamanı dəymiş zərərin ödənilməsi iki ölkə arasında münasibətlərin gündəmində qalmaqda davam edir və onların inkişafına xidmət etməlidir. Bundan əvvəl Respublika Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski Berlini zərərin ödənilməsi barədə “yaradıcı düşünməyə” çağırıb.

Polşa hakimiyyət orqanları 2022-ci il sentyabrın 1-də 1939-1945-ci illərdə faşist Almaniyasının hücumu və alman işğalı nəticəsində Polşanın verdiyi itkilər haqqında üç cildlik hesabat təqdim edib. Elan edilmiş ümumi məbləğ 6,2 trilyon zloti (təxminən 1,5 trilyon dollar) təşkil edib. 2023-cü il oktyabrın 3-də Polşa Xarici İşlər Nazirliyinin o zamankı rəhbəri Zbiqnev Rau Almaniyadan təzminat ödəməsini tələb edən nota imzalayıb.

1953-cü ildə o vaxtkı Polşa Xalq Respublikasının kommunist hökuməti reparasiyadan rəsmən imtina etdiyi üçün Almaniya hökuməti dəfələrlə hər hansı ödəniş üçün heç bir səbəb görmədiyini bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »