Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Necə olur ki, küçələrdə zibil qabı olmayan Tokio bu qədər təmizdir?
Necə olur ki, küçələrdə zibil qabı olmayan Tokio bu qədər təmizdir?

Yaponiyada demək olar ki, zibil qutularının olmadığını bilirdinizmi? Bəs onda insanlar zibillərini hara atırlar?

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, Yaponiyaya ilk dəfə səfər edənləri düşündürən suallar; "necə olur ki, küçələr zibillə dolmur?" və "Tokio necə bu qədər təmiz saxlanıla bilinir?", vermə ehtimalı çox yüksəkdir.

Yaponiyada ictimai zibil qutularının demək olar ki, olmamasının bir neçə məntiqi səbəbi var.

Zibil qutularının olmamasının əsas səbəbi terrorla mübarizədir desək necə olar?

20 mart 1995-ci ildə Tokio daxili terror aktı ilə sarsıldı. AUM Şinrikyo adlı kult laboratoriyada hazırlanmış Sarin qazını Tokio metrosunun müxtəlif stansiyalarına buraxaraq çoxlu insanın ölümünə və yaralanmasına səbəb olub.

Sarin qazı son dərəcə zəhərlidir və məruz qalanlarda iflic və boğulmalara səbəb ola bilər. Hücum cinayət nisbəti aşağı olan və terror hadisəsi az olan bir ölkə üçün böyük şok idi. Gələcək hücumların qarşısını almaq üçün görülən tədbirlərdən biri də ictimai zibil qutularının yığışdırılması olub.

Zibillərin yığılması dövlət vəsaiti tələb edir

Digər səbəb isə zibilin yığılmasının bahalı proses olmasıdır. Yaponiyada tullantıların yığılması ayrı-ayrı bələdiyyələr tərəfindən idarə olunur və əsasən pulsuz dövlət xidməti kimi təqdim olunur. Tokio kimi böyük şəhərlərdə zibil qutularının quraşdırılması əmək tələblərinin artmasına və yeni maliyyə tələblərinə səbəb olur.

Yaponiyada insanlar ümumiyyətlə zibillərini evlərinə aparıb ayırmağa üstünlük verirlər və ictimai yerlərin təmizliyinə diqqət yetirirlər.

Yaponiyada həqiqətən də ictimai zibil qutularının olmadığını söyləmək düzgün olmazdı

Zibil qutularını parklarda, bəzi qatar stansiyalarında və ictimai tualetlərdə tapmaq olar. Avtomatların yanında xüsusi tullantı qutuları da var.

İnsanlar adətən avtomatlardan aldıqları içkiləri bitirib bankanı bura atıb yollarına davam edirlər.

Xüsusilə marketlərdə zibil qutularına rast gəlmək olar. Lakin bu qablar müştərilər üçün nəzərdə tutulduğundan, çöldən zibil atmaq, ümumiyyətlə, birmənalı qarşılanmır.

Müştərilər zibilləri düzgün ayırmırlarsa və ya başqa yerlərdən külli miqdarda zibil gətirirlərsə, market işçiləri zibilləri ayırmağa məcbur olurlar. Bu səbəbdən bir çox marketlər zibil qutularını içəri köçürüb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »