Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlon Maskın "Neuralink" menecerindən 12-ci uşağı olduğu məlum olub
İlon Maskın "Neuralink" menecerindən 12-ci uşağı olduğu məlum olub

İlon Maskın "Neuralink" menecerindən daha bir övladı olduğu bəlli olub. Bu məlumatla Maskın məlum hələlik olan övladlarının sayı 12-yə çatıb.

Bizimyol.info xəbər verir ki, "Bloomberg"in paylaşdığı məlumata görə, dünyanın ən zəngin insanlarından biri olan İlon Mask çox uğurlu olsa da, şəxsi həyatı ilə tez-tez gündəm olub. Məşhur milyarderin bir çox fərqli qadınlardan uşaqları olub. Onun müğənni Qraymsdan 3, əvvəlki münasibətlərindən isə 6 övladı olub. Maskın başqa bir qadından əkizləri olduğu barədə məlumat da 2022-ci ildə aşkar edilib.

Beləliklə, indiyə qədər məlum olan uşaqların sayı 11 idi. Lakin "Bloomberg"in bu gün dərc etdiyi hesabatda milyarder sahibkarın daha bir gizli övladının olduğu ortaya çıxıb.

"Neuralink" menecerindən üçüncü uşağı oldu

Məlumata görə, İlon Maskın "Neuralink" beyin çipi şirkətinin meneceri Şivon Zilisdən indiyədək məlum olmayan daha bir övladı var. Məlum olub ki, Maskın artıq Zilisdən əkizləri var. Bu gün o, üçüncü övladını üzə çıxarıb. Yeni məlumatla Maskın tanınan uşaqlarının sayı 12-yə yüksəlib.

Musk uzun illərdir əlaqələri və cinsi təcavüz iddiaları ilə gündəmdədir. Məsələn, son həftələrdə onun "SpaceX"də birdən çox əməkdaşı ilə münasibətinin olduğu ortaya çıxıb. Hətta onlardan birinin təcrübəçi olduğu da bildirilir.

Onu da qeyd edək ki, məşhur milyarder dünyada doğum göstəricilərinin azaldığını tez-tez bildirir. Ona görə də onun 12 uşağı olması təəccüblü deyil.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »