Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq prezident parlament seçkilərində iştirak etmək niyyətindədir
Sabiq prezident parlament seçkilərində iştirak etmək niyyətindədir

Fransanın sabiq prezidenti Fransua Olland (2012-2017) Milli Assambleyaya (Fransa parlamentinin aşağı palatası) növbədənkənar seçkilərdə iştirak edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə “La Montagne” qəzeti keçmiş dövlət başçısına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, onun Korrez departamentindən (Fransanın mərkəzi hissəsi) namizədliyini cümə axşamı Fransanın solçu partiyalarının yaratdığı Yeni Xalq Cəbhəsi birliyi dəstəkləyib.

Bildirilir ki, Olland prezident seçilməzdən əvvəl 2001-2008-ci illərdə Korrez departamentinin inzibati mərkəzi olan Tul şəhərinin meri vəzifəsində çalışıb.

İyunun 9-da Fransa prezidenti Emmanuel Makron Avropa Parlamentinə keçirilən seçkilərdə tərəfdarlarının məğlubiyyəti fonunda Milli Assambleyanı buraxmaq qərarına gəlib. Müxalif sağçı Milli Mitinq partiyası 31 faizdən çox səs toplayıb, prezident partiyası isə 14,6 faiz səslə ikinci yerdə qərarlaşıb. Milli Məclisə növbədənkənar seçkilərin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.

Qeyd edilir ki, Sonuncu dəfə parlamentin aşağı palatası prezident Jak Şirak tərəfindən 1997-ci ildə buraxılıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »