Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xərçəng hüceyrələri parlaq boya ilə aşkar edilir
Xərçəng hüceyrələri parlaq boya ilə aşkar edilir

Alimlər xərçəng hüceyrələrinə yapışması sayəsində cərrahlar üçün əməliyyatı asanlaşdıran "boya" hazırlayıblar.

Bizimyol.info xəbər verir ki, mütəxəssislər bu ixtira ilə xərçəngin təkrarlanmasının qarşısını almağın mümkün olacağını bildiriblər.

Britaniyanın Oksford Universitetinin alimləri və cərrahları biotexnologiya şirkəti "ImaginAb Inc" ilə əməkdaşlıq edərək xərçəng əməliyyatlarında istifadə olunacaq “boya” hazırlayıblar. Floresan boya çılpaq gözlə görünməyən xərçəng toxumasının kiçik hissələrini işıqlandırır və cərrahlara sağlam toxuma toxunmadan xərçəng hüceyrələrini aradan qaldırmağa imkan verir.

Yeni texnologiyanın ilk sınaqında prostat xərçəngi olan 23 kişiyə əməliyyatdan əvvəl “marker” boyası vurulub. Boya xərçəng hüceyrələrinə yayılır. Əməliyyat zamanı bu nahiyələrə işıq saçılıb və xərçəng hüceyrələri parıldadılıb. Beləliklə, cərrahlar sağlam toxumaları qoruyaraq xərçəng hüceyrələrini çıxara bildilər.

Freddie Hamdy, Oksford Universitetinin cərrahiyyə professoru: "Bu texnika ilə biz cərraha xərçəng hüceyrələrinin harada olduğunu və yayılıb yayılmadığını görmək üçün ikinci bir cüt göz veririk", - deyib.

Mütəxəssislər bildirirlər ki, flüoresan boya bütün xərçəng hüceyrələrini yox etməyə imkan verir və bununla da xərçəngin təkrarlanmasının qarşısını alır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »