2010-cu ildə Veneranı araşdırmaq üçün kosmosa göndərilən Akatsuki ilə əlaqənin kəsildiyi açıqlanıb. "Akatsuki" Venerada işləyən yeganə kosmik gəmi idi.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, 2010-cu ildə kosmosa göndərilən və o vaxtdan bəri Venera ətrafında araşdırmalar aparmağa çalışan "Akatsuki" ilə bağlı əhəmiyyətli bir hadisə yaranıb.
Mövzu ilə bağlı verilən açıqlamada zond tipli kosmik gəmi ilə əlaqənin kəsildiyi bildirilir.
Venera kosmos alimlərinin uzun müddət tədqiq etdikləri planetlərdən biridir. Hətta zaman-zaman Veneraya göndərilən kosmik gəmilər də var idi. Onların arasında yeganə aktiv işləyən "Akatsuki" aparatı idi. İndi bu kosmik gəmi ilə əlaqə kəsilib.
"Akatsuki"ni inkişaf etdirən yapon alimləri problemin mənbəyini anlamaq və kosmik gəmi ilə əlaqəni bərpa etmək üçün işlərini davam etdirirlər. Lakin vəziyyətin necə olacağı hələlik məlum deyil.
"Akatsuki"nin Veneradakı missiyası planetin hava şəraitini öyrənməkdir. Bu günə qədər çox mühüm məlumatlar verən kəşfiyyatçının əsas məqsədi Veneranın atmosferində ildırım olub-olmadığını təsbit etmək və aktiv vulkanizm strukturlarını axtarmaq olub. Əgər bu kosmik gəmi ilə əlaqə bərpa olunmasa, Venera 2029-cu ilə qədər tərk ediləcək.
Qadir, Bizimyol.info






