Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanlarda görmə mexanizmini təqlid edən çip hazırlanıb
İnsanlarda görmə mexanizmini təqlid edən çip hazırlanıb

Çin alimləri insanlarda beyin və görmə mexanizmini təqlid edə bilən çip hazırlayıblar. Bu çip avtonom idarəetmə sistemləri kimi süni intellekt texnologiyaları üçün vacibdir.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, Çinin Tsinxua Universitetində çalışan bir qrup alim insanlarda görmə mexanizmini simulyasiya edən yeni süni intellekt dəstəkli çip hazırlayıb. "Tianmoc" adlanan bu çip smartfonlarda avtonom idarəetmə sistemləri və süni intellekt texnologiyaları üçün çox vacibdir.

Süni intellekt "LiDAR" kimi sensorlar vasitəsilə ətraf mühiti simulyasiya etməkdə kifayət qədər yaxşıdır. Ancaq əvvəlki tədqiqatlar insan gözünü təqlid etmək üçün bir yanaşma tətbiq etməmişdir. Çinli mütəxəssislər tərəfindən hazırlanmış çip yüksək sürətli, az enerji sərfiyyatı ilə yüksək dəqiqliklə emal edilməsi ilə özünü digərlərindən fərqləndirir. Mütəxəssislərin fikrincə, bu çip bütün sərt şəraitdə əla performans nümayiş etdirəcək.

İnsanlarda beyin mexanizmindən ilhamlanaraq hazırlanmış "Tianmoc" vizual məlumatları hissələrə ayırır və mərkəzə göndərir. Göndərilən hissələr mərkəzdə birləşdirilir. Bu şəkildə insanlarda görmə qavrayışı təqlid edilir. Bu çipin istehsal xərclərinin azaldılması onun süni intellektə malik demək olar ki, hər bir cihazda, xüsusən də smartfonlarda istifadəsini təmin edə bilər.

Sənayedəki digər vizuallaşdırma çipləri ani işıq dəyişiklikləri və səs-küy səbəbindən kifayət qədər yaxşı deyil. Bu gün mükəmməl avtonom idarəetmə sistemi məhz buna görə hazırlanmamışdır. Görünür, "Tianmoc" insanlıq üçün mükəmməl sistemlərin qapısını açacaq. Təbii ki, ekspertlər istədikləri mərhələyə çata bilsələr.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »