Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mağazada divan alan müştəriyə masa satmaq olur, onlaynda bahalı məhsul satmaq çox çətindir"
"Mağazada divan alan müştəriyə masa satmaq olur, onlaynda bahalı məhsul satmaq çox çətindir"

“Böhran zamanı müştərilər onlayn mebel almağı öyrəndi”.

“İnteryer Mebel Forumu 2024” tədbirinin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, bu sözləri “BizimOda, Odunçu”nun təsisçisi Vüsal Əlisoy forumda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, onlayn formada bahalı məhsul satmaq çox çətindir.

“Divan, masa və s. qiyməti aşağı məhsulları müştərilər onlayn şəkildə alır. Lakin qiyməti yüksək əşyaları almaq istədikdə, məhsulu görmək istəyirlər.

Əyani satışla onlayn satışın fərqi ondadır ki, əyani formada divan alan müştəriyə oturacaq, masa və s. əlavə məhsul satmaq mümkündür. Lakin onlayn olduqda bunu etmək olmur.

Düşünürəm ki, onlayn alış-veriş mebel sahəsində də intişaf edəcək. Amma mağazalar sistemi də daimi olacaq. Çünki müştəri hər bir halda, məhsulun keyfiyyətini və materialını bilmək istəyəcək”,-deyə Vüsal Əlisoy bildirib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »