Melinda Frenç (Qeyts) Bill Qeyts ilə birlikdə qurduğu "Bill & Melinda Gates" Fondundan ayrılmaq qərarına gəlib.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, Bill Qeyts bu qərar çərçivəsində keçmiş həyat yoldaşına milyardlarla dollar ödəməyə məcbur olub.
"Microsoft"un həmtəsisçilərindən biri olan Bill Qeytsin keçmiş həyat yoldaşı Melinda Frenç (Qeyts) ilə bağlı diqqətçəkən hadisə baş verib. Melinda Frenchç "Bill & Melinda Gates" Fondundakı vəzifəsindən istefa verib. Bill Qeytslə yeni müqavilə bağlayan Melinda French xeyriyyə işlərini təkbaşına davam etdirəcək.
Əldə edilən məlumata görə, Frençin iyunun 7-də "Bill & Melinda Gates" Fondundan rəsmən ayrılacaq. Növbəti mərhələdə o, qadınlar və ailələr üçün fəaliyyətini davam etdirəcək. Melinda Frençin həyatında dəyişəcək yeganə şey odur ki, o, indi öz işlərini fərdi şəkildə görəcək.
2021-ci ildə Bill Qeyts və keçmiş həyat yoldaşı boşandıqda, fonddakı işlərlə bağlı bir neçə illik razılaşma əldə ediblər. Prosesin gedişindən asılı olaraq növbəti dövrdə nələr ediləcəyi müzakirə olunacaq. Deyəsən bu sövdələşmə artıq başa çatıb. Melinda Frenç verdiyi qərarın bir hissəsi olaraq Bill Qeytsdən 12,5 milyard dollar alıb. Bu heyrətamiz miqdarda pul Bill Qeytsin şəxsi sərvətindən təmin edilib.
Mövzu ilə bağlı verdiyi açıqlamada: "Bu, asan qəbul etdiyim bir qərar deyildi" - deyə Melinda Frenç "Bill & Melinda Gates" Fondunun gördüyü bütün işlərlə fəxr etdiyini bildirib. Bill Qeyts mövzu ilə bağlı açıqlama verməyib.
Qadir, Bizimyol.info






