Oksford Universitetinin nəzdində yaradılmış Oksford İnternet İnstitutu (OII) internetə çıxışla bağlı təəccüblü araşdırma aparıb.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, bu araşdırma çərçivəsində dünyanın hər yerindən 2 milyon insanın məlumatları araşdırılıb.
Təhlil nəticəsində məlum olub ki, internetə çıxış və xoşbəxtlik arasında sıx əlaqə var. Sorğu iştirakçılarının təxminən 85 faizinin rifah səviyyəsi internetə çıxışa görə daha yüksək olub.
İnternet, xüsusən də sosial media son zamanlar həqiqətən də ciddi müzakirə mövzusudur. Bir çox insan internetin zərərlərini vurğulayır. Lakin Oksfordun yeni araşdırmaları belə bir müzakirəyə ehtiyac olmadığını ortaya qoyub. Bununla belə, Oksford rəsmilərinin fikrincə, onlayn təhlükəsizliyi hələ də təmin etmək lazımdır.
İnternetdən bədbəxt olan insanların nisbəti yüzdə 5-dir
İnternetə çıxışı olan şəxslərin yüzdə 85-nin daha xoşbəxt olduğu müəyyən edilsə də, yüzdə 5-i internetə çıxışından narazıdır. Bu kateqoriyaya daxil olan şəxslərin əksəriyyəti 15-24 yaş arası gənc qadınlardır. Hazırlanan yazıda bunun internetə çıxışın sizi bədbəxt etdiyi mənasına gəlmədiyi, əksinə kiber zorakılığın artdığını göstərdiyi bildirilib.
Oksford Universitetindən professor Andrev Przybylski araşdırmada bəzi çatışmazlıqların olduğunu etiraf edib, lakin tapıntıların siyasətçilər üçün vacib dərslər olacağını söyləyib. Araşdırmaya qarşı çıxan şəxs London Universitetindən Dr. Ruth Plackett olub. Plackett qeyd edib ki, nə olursa olsun, internetdəki zərərli məzmun insanları bədbəxt edə bilər.
Qadir, Bizimyol.info






